CəmiyyətManşetMANŞETÜSTÜ

Bir dənə də olsun təmirsiz təhsil müəssisəsi qalmayacaq

Bir dənə də olsun təmirsiz təhsil müəssisəsi qalmayacaq

Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı Cənab Elmar Vəliyevin dediyi: «Bir dənə də olsun təmirsiz təhsil müəssisəsi qalmayacaq» – sözləri təsdiqini tapdı. Gəncədə olan 46 tam orta məktəbin 35-dən çoxu müasir tələblər səviyyəsində yenidən quruldu. Bununla yanaşı Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi, Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin tədris korpuslarının təmirdən sonra açılışı olub. Həmçinin qeyd etmək yerinə düşər ki, 1 və 44 nömrəli Körpələr evi-uşaq bağçaları müasir tələblərə uyğun əsaslı təmirdən sonra istifadəyə verilib. Məhsəti qəsəbəsində 120 yerlik Körpələr evi-uşaq bağçasının tikintisi davam etdirilir, 18 və 39 nömrəli Körpələr evi-uşaq bağçalarının əsaslı təmiri, 7 və 45 nömrəli Körpələr evi-uşaq bağçaları üçün yeni binaların tikintisi nəzərdə tutulur.

Fakttv.com

Comment here