ManşetMANŞETÜSTÜ

Bina tikən sahibkarlara xəbərdarlıq edildi

Bina tikən sahibkarlara xəbərdarlıq edildi

Bina tikən sahibkarlara xəbərdarlıq edildi“Qanunsuz tikililərlə bağlı monitorinqlər həyata keçirilir. Bəzi sahibkarlar tərəfindən sui-istifadə hallarına yol verilir. Bununla bağlı səlahiyyətimiz çərçivəsində addımlar atırıq, eyni zamanda aidiyyatı dövlət qurumları ilə əməkdaşlıq edirik”.

Fakttv.com azvision.az-a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev rəhbərlik etdiyi qurumla prokurorun müavini-Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi arasında Əməkdaşlıq Memorandumunun imzalanma mərasimində deyib.

Komitə sədri sahibkarlara müraciət edib. O qeyd edib ki, tikinti zamanı müvafiq dövlət qurumundan icazə alınmalıdır: “İcazə sənədi olmadan tikinti işlərinə başlamaq olmaz. Bəzi hallarda bu sənəd olmadan tikinti işləri həyata keçirilir. Sahibkarlar işlərini qanun çərçivəsində qurmalıdırlar”.

Fakttv.com

Comment here