Manşet

BİLƏSUVARDA DƏHŞƏTLİ HADİSƏ

Biləsuvarda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Biləsuvar rayonu, Zəhmətabad kəndində ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 12 m² sahədə yanıb.

Yanğın kəşfiyyatı zamanı ev sahibi Kazımov Həsən Bayram oğlunun yanmış  meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Comment here