DünyaManşetMANŞETÜSTÜ

“Belə bir oyunun ortağı da, tamaşaçısı da olmayacayıq” – Ərdoğandan Rusiya və İrana İdlib mesajı

“Belə bir oyunun ortağı da, tamaşaçısı da olmayacayıq” – Ərdoğandan Rusiya və İrana İdlib mesajı

“Belə bir oyunun ortağı da, tamaşaçısı da olmayacayıq” – Ərdoğandan Rusiya və İrana İdlib mesajı

“Rejimin maraqları uğrunda on minlərlə günahsız insanın öldürülməsinə göz yumulması halında, belə bir oyunun ortağı da, tamaşaçısı da olmayacayıq.”

Fakttv.com Avropa.info -a istinadən xəbər verir ki, bu sözləri tvitter hesabında  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yazıb. Türk, rus, ingilis və fars dillərində yazdığı mesajında Ərdoğan , Rusiya, İran, Əsəd rejiminin İdlibə hücumlarını pisləyib.

“Heç bir ayrı-seçkilik güdmədən suriyalı qardaşlarımıza sahib çıxdıq. Dünən olduğu kimi, bu gün də tək bir suriyalı qardaşımızın burnunun qanamasını istəmirik. Türkiyə olaraq Suriyada axan qanın durması üçün mübarizə apardıq.

İdlib məsələsi yeni böhrana, yeni gərginliklərə, yeni çətinliklərə imkan vermədən Astana ruhuna sadiq qalaraq həll olunmalıdır. Astanada razılığa gəldiyimiz prinsiplər mühafizəsi, Suriya böhranının davamlı siyasi yolla həll olması baxımından da mühümdür.

3,5 milyondan çox suriyalıya ev sahibliyi edən bir ölkə olaraq, qaçqınların könüllü və təhlükəsiz şəkildə geri dönmələrinin təmin olunması və Suriya münaqişəsinin həlli yolunda səylərimizi davam etdirəcəyik”- Ərdoğan belə yazıb.

 

Comment here