ManşetMANŞETÜSTÜ

Bayramda ətin qiyməti kəskin ucuzlaşacaq – Rəsmi

Bayramda ətin qiyməti kəskin ucuzlaşacaq – Rəsmi

Bayramda ətin qiyməti kəskin ucuzlaşacaq - RəsmiNovruz bayramı ilə əlaqədar Bakı və Sumqayıt şəhərlərinin əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan təlabatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması məqsədi ilə kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçiriləcək.

Bu haqda Sonxeber.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimiaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Murtuzəli Hacıyev deyib.

Onun sözlərinə görə, Novruz yarmarkalarında qiymətlər münasib olacaq. Xüsusən də ətin qiyməti aşağı düşəcək. Qoyun, mal, quş əti alıcılara təklif olunacaq. Əvvəlki aylarla müqayiədə ətin qiymətində 2 manat ucuzlaşma müşahidə edilir. Novruz yaramarkalarında ətin qiyməti 7-8 manata təklif olunacaq.

Digər məhsullardan fərqli olaraq ətin qiyməti dəqiqləşib. Belə ki, 4 gün keçiriləcək yarmarkada ətin qiyməti 6-7 manat arasında dəyişəcək. Suni qiymət artımına qarşı nazirliyin işçi qrupu Dövlət Baytarlıq Xidməti, Dövlət Fitosanitar Xidməti tərəfindən işlər görülür. Onlar satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Ənənəvi ünvanlarla yanaşı, Bakıda daha bir neçə rayonda yarmarkalar təşkil ediləcək. Yarmarkaların dəqiq ünvanı və keçirilməsi nəzərdə tutulan tarixləri yaxın günlərdə açıqlayacağıq.

Aysel Kərimova
Bayramda ətin qiyməti kəskin ucuzlaşacaq - Rəsmi

Comment here