CəmiyyətManşetMANŞETÜSTÜ

Bakıya güclü yağış yağdı: FHN hərəkətə keçdi

Bakıya güclü yağış yağdı: FHN hərəkətə keçdi

Bu gün səhər saatlarında Bakı şəhərində yağan intensiv yağışlar nəticəsində bəzi ərazilərin, küçə və prospektlərin, fərdi yaşayış evlərinin və həyətyanı sahələrin, digər obyektlərin və onların ətrafının yağış suları ilə dolması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə vətəndaşlardan çoxsaylı müraciətlər daxil olub.

Fakttv.com-un məlumata görə, görülən operativ və təxirəsalınmaz tədbirlər çərçivəsində Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələrinin yağıntı suları ilə dolmuş ərazilərə cəlb olunması həyata keçirilib. Hazırda Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası paytaxtın müxtəlif rayonlarında suçəkmə işlərinin və digər xilasetmə tədbirlərinin görülməsini davam etdirir.

Fakttv.com

 

Comment here