HadisəManşetMANŞETÜSTÜ

Bakıya gələn gəmidə kütləvi zəhərlənmə, ölənlər var – RƏSMİ/YENİLƏNİB

Bakıya gələn gəmidə kütləvi zəhərlənmə, ölənlər var – RƏSMİ/YENİLƏNİB

Bakıya gələn gəmidə kütləvi zəhərlənmə, ölənlər var - RƏSMİ/YENİLƏNİBAktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisinin zəhərlənən 12 heyət üzvündən 8 nəfəri 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsində müalicə olunurlar.

Bu barədə Trend-ə özəl açıqlamasında 1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov deyib.

Onun sözlərinə görə, zəhərlənənlərdən 4 nəfərin vəziyyəti orta ağır, 4 nəfərin vəziyyəti isə nisbi kafidir: “Hazırda müalicələri davam etdirilir. Həmin şəxslər gəmidə taxıla vurulan kimyəvi maddədən zəhərləniblər. Artıq zəhərlənənlərin vəziyyətləri yaxşılaşmağa doğrudur, müalicələr müsbət təsir göstərir”.

Xatırladaq ki, Xəzər dənizində Aktaudan Bakıya gələn gəminin heyət üzvləri arasında kütləvi zəhərlənmə olub.

Sərhəd gözətçi gəmisi 00:30 radələrində “Nazmehr” yük gəmisinə yan alaraq 7 nəfər ağır vəziyyətdə olan heyət üzvünü qəbul edib ilkin tibbi yardım göstərməklə sahilə Abşeron limanı istiqamətində hərəkət edib. Xəstələrə təcili tibbi yardımın göstərilməsi üçün limana həkim briqadaları cəlb olunub.

Həkim briqadası gələnə qədər 3 nəfər hadisə yerində keçinib.

***

Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisinin 12 heyət üzvü zəhərlənib.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirovun verdiyi məlumata görə, həmin şəxslərdən 3 nəfər həkim briqadası gələnə qədər dünyasını dəyişib. 7 nəfər isə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Gəminin kapitanı isə xəstəxanaya köçürülməkdən imtina edib. Zəhərlənənlərin və ölənlərin hamısı İran vətəndaşlarıdır.

İlkin ehtimala görə zəhərlənməyə səbəb gəmidə gətirilən taxıla vurulan kimyəvi maddədir.

Xatırladaq ki, Xəzər dənizində Aktaudan Bakıya gələn gəminin heyət üzvləri arasında kütləvi zəhərlənmə olub.

Sərhəd gözətçi gəmisi 00:30 radələrində “Nazmehr” yük gəmisinə yan alaraq 7 nəfər ağır vəziyyətdə olan heyət üzvünü qəbul edib ilkin tibbi yardım göstərməklə sahilə Abşeron limanı istiqamətində hərəkət edib. Xəstələrə təcili tibbi yardımın göstərilməsi üçün limana həkim briqadaları cəlb olunub.

Fakttv.com

Comment here