GündəmManşet

Bakıda yaşayış binasında yanğın olub, bir nəfər tüstüdən zəhərlənib

Bakının Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilin 1 otağında 6 m2 sahədə ev əşyaları yanıb.

FHN-dən APA-ya verilən məlumata görə, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyatı üzrə təhvil verilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Comment here