GündəmMANŞETÜSTÜ

Bakıda qardaş qardaşı toyuq üstündə öldürdü – VİDEO

Bakıda qardaş qardaşı toyuq üstündə öldürdü – VİDEO

Toyuq üstündə qardaşlar arasında düşən dava ağır cinayətlə yekunlaşıb: biri digərini bıçaqlayaraq anasının gözləri qarşısında qətlə yetirib.

Fakttv.com “xezerxeber.az”a istinadla xəbər verir ki, qanlı cinayət paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsi Zeytun sovxozu adlanan ərazidəki həyət evində baş verib.

19 yaşlı Ağamalı Kərimov özündən bir yaş böyük qardaşı Ədil Kərimovla yaşadıqları evdə anasının yanında mübahisə edib. Mübahisə zamanı Ağamalı Kərimov qardaşına kürək nahiyəsindən bir bıçaq zərbəsi vurub. Çox qan itirdiyindən Ədil Kərimov elə hadisə yerindəcə ölüb.

Hadisə yerinə rayon prokurorluğunun və ərazi üzrə 30-cu polis şöbəsinin əməkdaşları gəlib. Meyit məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyinə aparılıb.

Polis əməkdaşları hadisədən sonra Ağamalı Kərimovu saxlayıblar. İlkin ifadəsində o, qardaşı ilə 3 toyuq üstündə mübahisə etdiyini və hadisənin də bu zaman olduğunu etiraf edib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda cinayət işi başlanıb, hadisənin dəqiq səbəbləri araşdırılır.

 

Comment here