MANŞETÜSTÜ

Bakıda qadın mənzilində 70 it saxlayır

Yaşadığın mənzildə ev heyvanlarını saxlamaq gözəldir. Amma bu heyvanların sayı hədsiz çox olarsa gözəllikdən çox eybəcər mənzərə yaranar. Məsələn paytaxtın Süleyman Rüstəm küçəsinin sakinləri öz qonşularından şikayət edirlər. Onlar milliyətcə rus olan qonşularının evində çoxlu sayda it saxladığından narahatdılar. Deyilənə görə İrina adlı qadın evində nə az, nə çox düz 70 it saxlayır. Qonşular itlərin xorla hürməsindən və yaşadıqları blokdan üfunət iyinin gəlməsindən narazlıq edir.

Paytaxtın Süleyman Rüstəm küçəsi 59 ünvanında yerləşən 50-ci binanın sakinlərindən şikayət gələndə ki, qonşuları evində 70 it saxlayır, düzü rəqəmin şişirdilmiş olduğunu düşündük. Ünvana çatanda bütün qonşular təsdiqlədi ki, həqiqətən də İrina adlı rus qadın evində çoxlu it saxlayır.
Heyvanların xorla hürməsi və ətrafı bürüyən üfunət iyi qonşuların əsəblərinə və sağlamlıqlarına təsir edir.
Qonşular deyirlər ki, 10 ilə yaxındır bu vəziyyətdən əziyyət çəkirlər. İrina dəfələrlə itləri evdən aparacağına söz versə də, nəticəsiz qalıb. Qonşularla söhbət edərkən əraziyə baytarlıq idarəsinin həkimləri və sahə müvəkkli də gəldi.
İrina səs küyə reaksiya verib pəncərəyə çıxdı. Üzümüzə qapını açmaq istəməyən qadının oğlu isə bizə hücum çəkib kameramıza əl atdı. Evə isə üfunət iyindən və bizə göstərilən müqavimətdən daxil ola bilmədik.
Çox keçmədən qadın özü həyətə çıxdı. Onun neçə iti olduğunu elə özündən də soruşduq.
İrina bizə də sabahdan evdə it saxlamayacağına söz verdi. Hərçənd ki, bu sözləri qonşular neçə illərdir eşidir.xezerxeber.az

Comment here