ManşetMANŞETÜSTÜ

Bakıda qadın alverçisinə hökm oxundu

Bakıda qadın alverçisinə hökm oxundu

Bakıda qadın alverçisinə hökm oxunduBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alveri və dələduzluqda təqsirləndirilən Arifə Sadıqovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Fakttv.com Trend-ə istinadən xəbər verir ki, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Sadıqovanın barəsində ev dustaqlıqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək təqsirləndirilən 9 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, A.Sadıqova adam oğurluğu, dələduzluq və digər cinayətlərdə ittiham edilir.

A.Sadıqovanın Nərimanov rayonu A.Heydərov küçəsində kirayədə yaşadığı mənzildə əxlaqsızlıq yuvası saxlaması və qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib.

Paylaş Fakttv.com

Comment here