Kriminal

Bakıda qadın əri tərəfindən bıçaqlanıb

Bakının Sabunçu rayonunda qadın mübahisə zəminində bıçaqlanıb.
Huquqaz.com xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.
1997-ci il təvəllüdlü Hacıyeva Aygün Səddrəddin qızı əri ilə mübahisə edən zaman qarın və bədən nahiyələrindən bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Comment here