MANŞETÜSTÜ

Bakıda qəribə hadisə – İş adamı tutdurduğu ortağına sevgi elan etdi

“Möhtəşəm qələbə. Hüquqlarını müdafiə etdiyim Eyyubova Tamilla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-cü maddəsi (küllü miqdarda dələduzluq – 7 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzas nəzərdə tutulur) ilə ittiham olunaraq, guya Cəfərov Elman Məmməd oğlunun 280 min ABŞ dollarını ələ keçirməyə görə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib. Tamilla Eyubova 9 ay həbsdə qalmasına baxmayaraq, həbsdən azad edilərək barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə nail oldum”. Bunu tanınmış vəkil Adəm Məmmədov bildirib.

Onun bildirdiyinə görə, hər iki şəxsin Gürcüstan Respublikasında şərikli otel işlətdikləri müəyyən edilib: “Şərikli fəaliyyət zamanı müflis olublar. Yəni yatırım etdikləri pullara görə qazanc edə bilməyərək, əsas məbləği belə qazana bilməyiblər. Ən maraqlısı zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxs arasında aparılan üzləşdirmə istintaq hərəkəti zamanı Elmanın hüquqlarını müdafiə etdiyim şəxs Tamillanı hələ sevdiyini öz ifadəsində bildirməsidir. Elmana sual veriləndə ki, nə üçün sevdiyin qadını tuturmusan, bunu əsəbləşərək etdiyini bildirib. İstintaq materiallarından da müəyyən olunur ki, Elman Tamillanı sevdiyini və dəfələrlə sonuncu ölkəni tərk edib getməməsi üçün onu qısqanclıq zəminində həbs etdirib. Hazırda da Elmanın hüquqlarını müdafiə etdiyim şəxsə sevgi mesajları yazmaqda davam edir”. Yeni Avaz

Comment here