ManşetMANŞETÜSTÜ

Bakıda körpələr evinə gətirilən ərzaqlar hara aparılır? – Rəqsanənin qızı şok video yaydı

Bakıda körpələr evinə gətirilən ərzaqlar hara aparılır? – Rəqsanənin qızı şok video yaydı

Bakıda körpələr evinə gətirilən ərzaqlar hara aparılır? – Rəqsanənin qızı şok video yaydı

Bakıda 1 saylı körpələr evi ilə bağlı qalmaqallı görüntülər yayılıb.
Avropa.info-nun Qafqazinfo-ya istinadən xəbərinə görə, videoda qadınla kişinin valideyn himayəsindən məhrum olan uşaqlar üçün gətirilən ərzaq məhsulları və geyimləri avtomobilə daşıyaraq başqa yerə apardığı görünür.
Görüntüləri müğənni Rəqsanə İsmayılovanın qızı Aysun öz İnstaqram hesabında paylaşıb.
O bildirib ki, körpələr evindəki bu hadisə ilə dəfələrlə qarşılaşıb:
“Bu mənzərə ilə artıq bir neçə dəfədir ki, qarşılaşıram. Bura 1 saylı körpələr evinin həyətidir. Bu videonu çəkməkdə məqsədim odur ki, hər dəfə bura xeyli bazarlıqlar- geyimlər, yeməklər, şirniyyatlar, qoyun ətləri, bir sözlə hər şey gəlir. Kimə gəlir? Oradakı körpələrə! Amma o uşaqlar bunların 10 faizini görür. Niyə?! Çünki 1 gün sonra o bazarlıqlar maşınlara doldurulur və harasa gedir. Sadəcə mənə bir vətəndaş olaraq çox maraqlıdır… O bazarlıqları siz hara aparırsız? Düşünürəm ki, cavabı hər kəs bilir. Amma yenə də biz soruşaq, görək hara gedir? Bəlkə də açıqlaması var”.
1 saylı Körpələr Evinin baş həkimi Nəhayət Əliyeva Criminal.az saytına açıqlamasında videodakı görüntüyə aydınlıq gətirib. Bildirib ki, Aysun körpələr evi yerləşən həyətdə nənəsi ilə kirayə yaşayır.
Baş həkimin sözlərinə görə, arpelin 26-da bacısı oğlu, qrossmeyster Rauf Məmmədovun doğum günü idi.
”Aprelin 27-də isə qurban kəsib tortla bizim körpələr evinə gəlmişdi. Bizim işə gətirib, işdən aparmayıb… Videoda görsənən hündür oğlan isə xəstəxanamızın gecə gözətçisidir və mayın 1-dən məzuniyyətə gedir. Bacımdan xahiş etdi ki, onun yatağını da maşınla aparmaqda köməklik etsin. Mənə şər atdığına görə Rəqsanənin qızın məhkəməyə verəcəm. Aysun xəstəxanadan oğurluq edildiyini görübsə, niyə 102-yə zəng edib polis çağırmırdı. 18 ildir orda işləyirəm, bir balam var. 7 bacı bizim xəstəxanaya daşıdığımızı el-aləm bilir. Biz bunu heç harda işıqlandırmırıq. Adam yetimə çörək verəndə onu işıqlandırmaz. Bu adam mənə şər atır. Atasız-anasız uşağın nəyin apara bilərəm axı?”- N.Əliyeva əlavə edib.

Comment here