İdmanManşetMANŞETÜSTÜ

Bakıda kikboksinq çempionatı keçirilib (FOTOLAR)

Bakıda kikboksinq çempionatı keçirilib (FOTOLAR)

 

Baki, 26 oktyabr, SalamNews. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Azərbaycan Kikboksinq Federasiyasının (AKF) birgə təşkilatçılığı ilə Sərhədçi Olimpiya İdman Mərkəzində kikboksinq idman növü üzrə Bakı şəhər açıq çempionatı keçirilib. Çempionatda 535 nəfər idmançı mübarizə aparıb.

SalamNews xəbər verir ki, çempionatın açılış mərasimində çıxış edən Kikboksinq Federasiyasının prezidenti,millət vəkili Adil Əliyev çempionatın maraqlı olacağını bildirib və təşkil olunmuş çempionat və ölkəmizdə peşəkar kikboksinqin inkişafı haqqında məlumat verib.

Adil Əliyev dünyada kikboksinq idman növünə marağın böyük olduğunu vurğulayıb:
“Bu yarışda əsas məqsədin sağlam ruhlu, vətənpərvər, qorxmaz gənclərimizin yetişməsini, gənclərin zərərli vərdişlərdən, əsri cənginə almış narkomaniyadan, terrordan uzaq olmalarını və onların dünyanın nüfuzlu yarışlarında ölkəmizi layiqincə təmsil etmələrindən ibarətdir. Buradan Azərbaycanın gələcəyi olan gəncləri idman növləri ilə məşğul olmağa dəvət edirəm. Ölkə rəhbəri cənab prezident ölkədə idmanın inkişafı üçün hər çür imkan və şərait yaradıb. Gənclər bundan yararlanmalıdırlar”.

AKF prezidenti gələcək yarışlarda da qələbələrə inandığını bildirmiş, yenilməz kikboksçularımıza uğur arzulamışdır.

Yekun nəticələrə əsasən kişilər arasında 51 kq çəki dərəcəsində Elnur Muradov (Cənub İK), 60 kq çəki dərəcəsində Əsgər Rəhimov (Evro Fayt), 63,5 kq çəki dərəcəsində Fariz Rzayev (Olimpiya İK), 67 kq çəki dərəcəsində Elməddin Baxışəliyev (Royal İK), 71 kq çəki dərəcəsində Erkin Osmanov (Royal İK),75 kq çəki dərəcəsində Murad Səlimov (Quba), 81 kq çəki dərəcəsində Elnur Kamalov (DİN İC), 86 kq çəki dərəcəsində Nizami Balayev (Asəf İK), 91 kq çəki dərəcəsində Etibar Qəribov (Şindi İK), 17-19 yaş gənclər arasında 54 kq çəki dərəcəsində Zəfər Abdulrəhmanov (Quba), 57 kq çəki dərəcəsində Almaz Ömərov (Olimpiya İK), 60 kq çəki dərəcəsində Ruslan Alməmmədov (Ağcabədi), 63 kq çəki dərəcəsində Elşad Şahbazov (Kobra İK), 67 kq çəki dərəcəsində Məmməd Əmirəliyev (Orion İK), 69 kq çəki dərəcəsində İlqar Zeynallı (Salyan), 75 kq çəki dərəcəsində Yunis Hümbətzadə (Olimpiya İK), 86 kq çəki dərəcəsində Orxam Məhərrəmov (DİN İC), 15-17 yaş yeniyetmələr arasında 42 kq çəki dərəcəsində Murad nəzərov (Orion İK), 48 kq çəki dərəcəsində Səid Zeynalov (Q.Ə İK), 51 kq çəki dərəcəsində Məhəmməd İmanov (DİN İC), 54 kq çəki dərəcəsində Elçin Ələkbərli (Lokomotiv İSM), 57 kq çəki dərəcəsində Emil Hümbətov (DİN İC), 60 kq çəki dərəcəsində Əli Bağırlı (Olimpiya İK), 66 kq çəki dərəcəsində Emil Hüseynov (Quba), 74 kq çəki dərəcəsində Rüfət Abdullayev (Royal İK), 79 kq çəki dərəcəsində Uğur Həsənzadə (FİGHTER), 13-15 yaş böyük kadetlər arasında 36 kq çəki dərəcəsində Əlihüseyn Əliyev (Neftçi İKİB), 42 kq çəki dərəcəsində Nurəli Kərimov (Alliqator İK), 47 kq çəki dərəcəsində Emil Əliyev (Orion İK), 52 kq çəki dərəcəsində Vüqar Ramazanov (Orion İK), 57 kq çəki dərəcəsində Emin Babayev (Quba), 63 kq çəki dərəcəsində Fərid İlyasov (Neftçi İKİB), 69 kq çəki dərəcəsində Hüseynqulu Məmmədov (Quba), +69 kq çəki dərəcəsində Sehran Baxşıyev (Neftçi İKİB), 13 yaşa qədər kiçik kadetlər arasında 28 kq çəki dərəcəsində Taleh Bayramov (Gəncə) , 32 kq çəki dərəcəsində Amin Məmmədzadə (Q.Ə. İK), 37 kq çəki dərəcəsində Amin Quliyev (Şindi İK), 42 kq çəki dərəcəsində Nurlan Teymurxanlı (Quba), 47 kq çəki dərəcəsində Kənan Məmmədov (Naxçıvan), +47 kq çəki dərəcəsində Qədir Əliyev (DİN) I yerlərə layiq görülüblər.

Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar, xatirə hədiyyələri və medallarla təltif olunublar.

Comment here