CəmiyyətManşetMANŞETÜSTÜ

Bakıda hərəkətə mane olan taksi dayanacaqları ləğv edilir

Bakıda hərəkətə mane olan taksi dayanacaqları ləğv edilir

Bakıda hərəkətə mane olan taksi dayanacaqları ləğv edilir

Hazırda Bakıda taksi xidmətinin keyfiyyətinin artırılması məqsədilə bir neçə layihə üzərində iş aparılır.

Fakttv.com Trend-ə istinadən bildirir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev mətbuat konfransında deyib.

O qeyd edib ki, Bakı şəhərində yeni taksi dayanacaqları müəyyən edilir:

“Çalışırıq ki, taksi dayanacaqlarının yerlərini elə müəyyən edək ki, həm sərnişinlər üçün rahat olsun, həm də hərəkətə mane olmasın”.

M.Ağayev bildirib ki, Bakıda təqribən 180 taksi dayancağı var: “Hazırda hərəkətə mane olan taksi dayanacaqlarının yerlərinin müəyyən edilərək ləğv edilməsi işləri aparılır”.

Comment here