GündəmHadisəMANŞETÜSTÜ

1 ölü, 27 yaralı var – Video (Yenilənib)

Bakıda dəhşətli qəza: Qatar məktəblilərlə dolu avtobusla toqquşdu – 1 ölü, 27 yaralı var – Video (Yenilənib)

Bakıda dəhşətli qəza: Qatar məktəblilərlə dolu avtobusla toqquşdu – 1 ölü, 27 yaralı var – Video (Yenilənib)

Bakıda sərnişin avtobusu qatarla toqquşub.
Avropa.info Unikal.org-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu Binə qəsəbəsində baş verib.
Belə ki, 160 saylı marşurut xətti ilə hərəkət edən içərisi sərnişinlə dolu avtobus hərəkətdə olan qatarın yoluna çıxıb. Nəticədə qatar avtobusu vurub.
Ölən və yaralananlar var. Avtobusun içərisindəkilərin əksəriyyəti məktəblilərdir.
Hadisə nəticəsində yaralananlar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılır.
***
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 10 təcili tibbi yardım briqadası cəlb edilib. 8 yaralı Sabunçuda yerləşən 3 saylı şəhər xəstəxanasına aparılır.
***

Bakı Nəqliyyat Agentliyi də sərnişin avtobusunun qatarla toqquşması ilə bağlı məlumat yayıb.

Qurumdan Avropa.info-ya bildirilib ki, bu gün 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10-TG-106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Xəzər rayonu, Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşub. Bakı Nəqliyyat Agentliyinin məsul şəxsləri hazırda hadisə yerindədir. Hadisə ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, hadisə nəticəsində 7 qadın, 10 kişi, 3 uşaq yaralanıb. 1 nəfər ölüb. Hadisə yerinə 10 təcili yardım briqadası cəlb olunub. Yaralılar Sabunçu Xəstəxanasına və Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

***

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti Bakıda sərnişin avtobusunun qatarla toqquşması ilə bağlı məlumat yayıb. 

Qurumdan Avropa.info-ya verilən məlumata görə, bu gün saat 14.35 radələrində Binə qəsəbəsi ərazisində ağır qəza hadisəsi baş verib. 160 saylı marşrut avtobusu həmin ərazidəki qorunan dəmiryolu keçidində yük qatarı ilə toqquşub. İlkin məlumata görə, xəsarət alanlar var. Hadisə ilə bağlı araşdırma aparılır.

***

Xəbər verdiyimiz kimi, Bakıda sərnişin avtobusu qatarla toqquşub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, hadisə yerinə 10 təcili tibbi yardım briqadası cəlb edilib.

Qəza nəticəsində 9 yaralı Sabunçuda yerləşən 3 saylı şəhər xəstəxanasına aparılıb. Onlardan 1-i xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

***

Səhiyyə Nazirliyinin mətbuat xidməti Bakının Xəzər rayonu Binə qəsəbəsində baş vermiş qəza nəticəsinə yaralananlarla bağlı yeni statistika açıqlayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Modern.az-a deyib ki, 160 saylı avtobusun qatarla toqquşması nəticəsində xəsarət alanların sayı 27 nəfərə çatıb.  Onların arasında beş azyaşlı uşaq da var.

Hadisə nətiəcəsində 1 nəfər 13 yaşlı məktəbli oğlan dünyasını dəyişib.

Fakttv.com

Comment here