ManşetMANŞETÜSTÜ

Bakıda dəhşətli qəza – ölən var

Bakıda dəhşətli qəza – ölən var

Bakıda dəhşətli qəza - ölən varNoyabrın 2-də saat 05 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Saray qəsəbə sakini Mirislam Yaqubov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolun kənarında dayanmış Masazır qəsəbə sakini Samiq Mehrəliyevə məxsus “Mercedes” markalı avtomobilin sərnişini, Astara rayon sakini Səid Salmanovu vurub.

Daxili İşlər Nazirliyindən Sonxeber.az-a bildirilib ki. hadisə nəticəsində “KamAZ” markalı avtomobil aşıb və yük yerində olan mişar daşlarının bir hissəsi “Mercedes” markalı avtomobilin üzərinə dağılıb. Nəticədə xəstəxanaya yerləşdirilən S.Salmanov orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Comment here