ManşetMANŞETÜSTÜ

Bakıda avtomobillə vurulan iki piyada ölüb

Bakıda avtomobillə vurulan iki piyada ölüb

Bakıda avtomobillə vurulan iki piyada ölüb

Bakıda yolu keçən piyadanı maşın vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, iyunun 9-da saat 2 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Nəriman Məmmədov vurulub və nəticədə piyada hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Bundan başqa, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi ərazisində Bakı şəhər sakini Qurban Məhərrəmov idarə etdiyi “TOFAŞ” markalı avtomobillə yolu keçən paytaxt sakini Emiliya Cəbrayılovanı vuraraq öldürüb. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Comment here