ManşetMANŞETÜSTÜ

Bakıda 6-cı sinif şagirdləri damarlarını doğradı – Açıqlama

Bakıda 6-cı sinif şagirdləri damarlarını doğradı – Açıqlama

Bakıda 6-cı sinif şagirdləri damarlarını doğradı - AçıqlamaSuraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 76 saylı məktəbdə intihara cəhd edən şagirdlərin sayı beş nəfərdir.

FAKTTV.COM xəbər verir ki, bu barədə Ölkə.Az-a məktəbdən məlumat verilib. Bildirilib ki, hazırda şagirdlərin vəziyyəti normaldır və onlar dərsə gəlirlər: “Qollarında xırda sıyrıqlar var. Amma təhlükəli bir şey deyil. Hazırda həmin şagirdlər dərsdədirlər”.

Məktəbdən isə bildiriblər ki, hazırda uşaqlarla psixoloji iş aparılır, valideynlər məlumatlandırılıb. “Burda intihardan söhbət getmir, sadəcə olaraq, uşaqların qolunda xəsarətlər var. Bunun nədən yarandığı araşdırılır”.

Məktəbin məktəbdənkənar və sinifdənxaric işlər üzrə direktor müavini Zülfüqar Zülfüqarov isə yalnız tədbirlər görüldüyünü, Bakı şəhəri üzrə Təhsil İdarəsinin məlumatlandırıldığını söyləməklə kifayətlənib. “Bu barədə yalnız Təhsil İdarəsi açıqlama verə bilər. Bütün məlumatlar onlara göndərilib”.(virtualaz.org)

Comment here