GündəmMANŞETÜSTÜ

Bakı sakini arvadını güllələyərək öldürüb

101.jpgBakıda əri tərəfindən güllələnən qadın ölüb.

“Report”un məlumatına görə, hadisə Yasamal rayonunda baş verib.

Belə ki, 1977-ci il təvəllüdlü Həbib Bayramov həyat yoldaşı 1980-ci il təvəllüdlü Səbinə Bayramovanı ov tüfəngi ilə güllələyib. S.Bayramova aldığı xəsarətdən dünyasını dəyişib.

Güllələnmə hadisəsinin ehtiyatsızlıqdan baş verdiyi ehtimal edilir.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Comment here