Manşet

Bakı metrosunda gənc oğlan özünü relslərin üstünə atdı

Bakı Metropoliteninin “Xalqlar Dostluğu” stansiyasında intihara cəhd hadisəsi baş verib.

Hadisə ötən gün saat 13:30 radələrində qeydə alınıb.

Şahidlərin sözlərinə görə, gənc oğlan intihar məqsədi ilə özünü relslərin üstünə atıb. Maşinist son anda qatarı saxlayıb və gənc xilas edilib.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, insident zamanı gənc qolunu sındırıb. xezerxeber.az

Comment here