ManşetMANŞETÜSTÜ

“Bakı Metropoliteni”ndən yolun çökməsi ilə bağlı – Açıqlama

“Bakı Metropoliteni”ndən yolun çökməsi ilə bağlı – Açıqlama

Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində yolun hərəkət hissəsində baş vermiş çökmə metro tikintisi ilə bağlı deyil.

Fakttv.com Axar.az-a istinadən xəbər verir ki, Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib.

O, hadisə ilə əlaqədar Bakı Metropoliteni QSC-nin nümayəndələrinin çökmə yerinə keçirilən baxış prosesində iştirak etdiklərini qeyd edib:

“Bununla yanaşı, operativ qaydada mümkün nəzəri ehtimalları da araşdırmaq məqsədilə Bakı Metropoliteni QSC-nin nümayəndələri bu ərazi istiqamətində tikinti meydançasına və tunellərə təkrar baxış keçiriblər. Məlumat üçün bildirək ki, Cəlil Məmmədquluzadə küçəsində yerləşən və şərti adı “B-04” olan metro stansiyasını “B-03” stansiyası ilə birləşdirən tunellərin inşası 2016-cı ilin yanvar ayında başa çatdırılıb. Həmin ərazidə inşa olunan “B-04″ stansiyasının inşaatında isə yalnız ilkin mərhələnin işləri aparılır və çökməyə səbəb ola bilməz. Metro stansiyasının tikintisi üçün inşaat meydançası ayrılaraq hasara alındığı, həmçinin hazırlıq işləri başlandığı dövrdə ərazidə səlahiyyətli qurumlar tərəfindən kommunikasiya xətləri və digər məsələlərlə bağlı müvafiq işlər də aparılıb. Bütün bunları nəzərə alaraq, çökmə metro inşaatı ilə əlaqələndirilə bilməz. Bir daha qeyd edək ki, çökmə yerində müvafiq səlahiyyətli strukturlar araşdırma aparır və Bakı Metropoliteni QSC-nin nümayəndələri bu prosesdə iştirak edirlər”.

Fakttv.com

Comment here