Cəmiyyət

Bakı ilə bu şəhər arasında aviaəlaqə bərpa olunur

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Air Arabia” aviaşirkəti Azərbaycana uçuşları bərpa edir.

Huquqaz.com xəbər verir ki, Şarja ilə Bakı arasında birbaşa aviaresylər iyulun 11-də bərpa edilir.

Artq bu istiqamətdə biletlər satışa çıxarılıb.

Qeyd edək ki, hazırda “Fly Dubai” aviaşirkəti Bakı-Dubay-Bakı istiqamətində aviareyslər həyata keçirir.

Həftədə 5 dəfə bazar ertəsi və çərşənbə günləri istisna olmaqla digər günlər həyata keçirilir. Gediş haqqı “ekonom klass”da gediş-gəliş daxil olmaqla təqribi 690-750 manatdan başlayır, “biznes-klass” da isə gediş-gəliş təqribən 4 700 manatdan başlayır.

Bakıdan Dubaya həmçinin “Azərbaycan Hava Yolları” QSC (AZAL) həftənin bazar ertəsi və cümə günləri aviareyslər yerinə yetirir. “Ekonom klass”da gediş-gəliş daxil olmaqla 695 manatdan başlayaraq biletlərin satışı həyata keçirilir.

Comment here