GündəmManşetMANŞETÜSTÜ

Badamdarda sürüşmə ilə bağlı son – MƏLUMAT

Badamdarda sürüşmə ilə bağlı son – MƏLUMAT

Badamdar sürüşmə zonasında gərginlik qalmaqdadır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Oxu.Az-a verilən məlumata görə, sürüşmə zonasında saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə gərginlik davam edir.

Sürüşmə sahəsinin bir hissəsində avtomobil yoluna doğru torpaq kütləsində artım qeydə alınıb. Düşən yağıntılar nəticəsində kiçik hissədə torpaq axıntısı müşahidə olunub.

Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik olmayıb.

İlhamə Əbülfət
www.oxu.az

Comment here