Manşet

Bərdə rayon iki saylı orta məktəbi “Şəhidlər ölməz, vətən bölünməz”şüarı altında şəhidlər xiyabanına yürüş etdilər

Bərdə rayonu iki nömrəli orta məktəbin 3-cü sinif şagirdləri,məktəbin ibtidai sinif müəllimi İsmayılova Gülnarə müəllimənin təşkilatçılığı ilə, “Aprel Döyüşlərinin”ildönümü ilə əlaqədər,vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini yad edərək tədbir keçirtdilər.Əvvəlcə məktəbin dərs hissə müdiri Eminova Ülviyyə Aprel döyüşləri haqqinda şagirdlərə məlumat verərək tədbiri açıq elan etdi. Sonra tədbir iştirakçıları ‘Şəhidlər ölməz ,vətən bölünməz”şüarı altında şəhidlər xiyabanına yürüş etdilər. Məktəbin direktor Pakizə Müxtarovaın sözlərinə görə,Vətənpərvərlik tərbiyəsinin aşılanmasında xalqımızın min illər əvvəl dedikləri tarixi kəlamlarda ifadə olunan vətənə vurğunluq şagirdlərə xatırlanır. Vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi diqqət mərkəzindədir. Ümumtəhsil məktəblərinin ən vacib vəzifələrindən bir də vətənpərvərlik hisslərinin tərbiyəsi və aşılanmasıdır. Həmin sahədə həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir.

Elşən Ramizoğlu

Comment here