MANŞETÜSTÜ

Azerbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə Beyleqanda “Cəbhəyanı bölgələrdə sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasına dəstək”layihesi heyata kecirilib(FOTOLAR)

 

Azerbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə Beyleqanda “Cəbhəyanı bölgələrdə sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasına dəstək”layihesi heyata kecirilib.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsində qalib olmuş “Cəbhəyanı bölgələrdə sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasına dəstək” layihəsinin Beyləqan rayonunda məktəb psixoloqları , valideyn və müəllimlərin iştirakı ilə ictimai maarifləndirmə görüşü keçirildi.Layihə barəsində iştirakçılara layihə rəhbəri X.Süleymanov məlumat verdi.

O bildirdi ki, layihənin məqsədi cəbhəyanı bölgələrdə fiziki məhdudiyyətli şagirdlərin reabilitasiyasına dəstək verməkdən ibarətdir .Regionda fiziki qüsurlu uşaqları olan ailələrin bilik və bacarıqlarını inkişaf etdirmək, reabilitasiya işi aparmaq özü belə ciddi problemdir.Çünki, regionda bu fəaliyyətləri həyata keçirə bilən mütəxəssislər azdır və ya heç yoxdur. Əslində, belə uşaqların sosiallaşması çox vacibdir.Həmin uşaqların davamlı reabilitasiyaya ehtiyacı var.Təlim prosesində lazımi məqsədə çatmaq üçün müəllimdən nəinki yüksək bilik, pedaqoji ustalıq, həm də yüksək psixoloji hazırlıq imkanlarına malik olması tələb olunur.

Layihə beş ay davam edəcək və layihə çərçivəsində Praktik Psixoloqların və hazırlıq qruplarında dərs aparan müəllimlərin bilikn və bacarıqları artırılacaq,ictimaiyyətin ,uşaq və gənclərin psixopoflaktik bilklərinin artırılması üçün müxtəlif məzmunlu çap materiallarının paylanmasını təşkil ediləcəkdir.
Layihə Beyləqan rayonunun kənd məktəbini əhatə etməklə psixoloji problemlərin erkən aşkarlanmasına ,psixoloji məsləhətə ehtiyacı olan ailə və uşaqlara xidmət göstərməklə psixi inkişаfın vəziyyətinin yaxşılaşmasına,təlim prosesində psixoloji çətinliklərin aradan qaldırılmasında düzgün üsullardan istifadə edilməsinə dəstək verəcəkdir
Görüş iştirakçılarından ərazidə həssas qruplardan olan uşaqlarla bağlı məlumat bazasının yaradılmasında fəal iştirakları tövsiyyə olundu.
Layihə uğurla davam edir


Fakttv.com

Comment here