GündəmMANŞETÜSTÜ

Azərbaycanlı tələbənin meyiti tapıldı – görün hansı vəziyyətdə

Azərbaycanlı tələbənin meyiti tapıldı – görün hansı vəziyyətdə

Azərbaycanlı tələbənin meyiti tapıldı - görün hansı vəziyyətdəRusiyanın Novosibirsk vilayətinin Dzerjinskiy rayonunda azərbaycanlı tələbənin yaşadığı evdə meyiti aşkarlanıb.

FAKTTV report-a istinadən xəbər verir ki, bu, 1999-cu il təvəllüdlü, Rusiya vətəndaşı Vadim İskəndər oğlu Məmmədovdur.
Novosibirsk şəhərindəki universitetlərin birində qiyabi ali təhsil alan V.Məmmədov yaşadığı rayonda reklam firmalarından birində çalışırmış. Tək yaşayan azərbaycanlı gəncin saxladığı itin mütəmadi hürməsindən narahat olan qonşuları onun qapısını döyüblər və cavab almadıqda polisə müraciət ediblər.

Evə daxil olan sahə müvəkkili onun meyitini aşkarlayıb. Meyitin üzərində zorakılıq əlaməti aşkarlanmayıb.

Comment here