Manşet

Azərbaycanlı məşhur aktyor reanimasiyaya yerləşdirildi – Vəziyyəti.

Azərbaycanlı məşhur aktyor reanimasiyaya yerləşdirildi - Vəziyyəti...Gəncə Beynəlxalq Xəstəxanasına aparılan Gəncə Dövlət Dram Teatrının aktyoru, fəxri mədəniyyət işçisi Yusif Cəfərovun səhhəti ağırlaşdığı üçün reanimasiyaya yerləşdirilib. Ürək çatışmazlığından əziyyət çəkən aktyorun vəziyyəti orta-ağır qiymətləndirilir.

FAKTTV bildirir ki.bu barədə yenicag.az-a teatrın mətbuat xidmətinin rəhbəri Anar Bürcəliyev açıqlama verib. O, aktyorun halının qəfildən pisləşdiyini deyib:

“Yusif müəllim bir dəfə ağır ürək əməliyyatı keçirib. Səhhəti qəfildən pisləşdiyi üçün xəstəxanaya aparılıb. Həkimlər onu əməliyyata hazırlayır. Çünki səhhəti orta-ağır olduğu üçün təcili əməliyyat oluna bilməz. Əgər səhhətində irəliləyiş olarsa, oktyabrin 6-da əməliyyat ediləcək”.

Comment here