MANŞETÜSTÜ

Azərbaycanın verdiyi diplomu Türkiyə tanımadı – Türkiyəli məzun iş tapa bilmir

Emre Işık adlı türkiyəli məzun 2006-2013-cü illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb.

“Yeni Şafak” qəzetinə istinadən xəbər verir ki, Emre Işık Türkiyəyə qayıtdıqdan sonra diplomu orada tanınmayıb.

O deyib ki, Azərbaycana gəlmədən öncə Tibb Universitetinin diplomunun Türkiyədə tanınması ilə bağlı müvafiq qurumlardan zəmanət də alıb. Lakin, 2009-cu ildə qərar ləğv olunduğu üçün Azərbaycan Tibb Universitetinin verdiyi diplom tanınmayıb.

Məlumata görə, onu əsgərliyə də ali təhsilli zabit kimi deyil, lisey məzunu adi əsgər kimi aparıblar.

Emre Işık deyib ki, məsələ ilə bağlı məhkəməyə müraciət edib.qafqazinfo

Comment here