ManşetMANŞETÜSTÜ

Azərbaycanın ölçülü siyasəti Qərbi qıcıqlandırır

Azərbaycanın ölçülü siyasəti Qərbi qıcıqlandırır

Azərbaycanın ölçülü siyasəti Qərbi qıcıqlandırır

Azərbaycanda 11 apreldə prezident seçkiləri keçiriləcək. “Siyasi İnformasiyalar Mərkəzi”nin aparıcı mütəxəssisi Vladimir Salyayev hesab edir ki, Azərbaycanda prezident seçkiləri həm də hazırda ölkəyə rəhbərlik edən dövlət başçısı İlham Əliyevin səlahiyyətlərinin uzadılması üzrə “ümumxalq referendumu” olacaq. Buna görə hakimiyyət üçün şəffaflığı və bütün seçki prosesinin dürüstlüyünü təmin etmək və əhalinin səsvermədə fəal iştirakını stimullaşdırmaq olduqca mühüm əhəmiyyət kəsb edir.

Vladimir Salyayev virtualaz.org-un əməkdaşı Nair Əliyevlə söhbətində qeyd edib ki, Azərbaycandakı cari daxili siyasi vəziyyət Rusiyadakı siyasi proseslərlə oxşar xüsusiyyətlərə malikdir, bununla belə, özünəməxsus əlamətləri üzrə inkişaf edir.

“Səsvermənin nəticəsinə görə, fikrimcə, İlham Əliyev inamlı qələbə nümayiş etdirəcək, hansı ki, prezidentə həm ümumi xalq dəstəyini, həm də ölkədə siyasi proseslərin qanunauyğunluğunu göstərməlidir. Öz növbəsində, Azərbaycanın ölçülüb-biçilmiş və müstəqil xarici siyasət aparması Qərb üçün qıcıqlandırıcı amildir. Buna görə də ABŞ və Qərbi Avropa ölkələri tərəfindən Azərbaycanla bağlı qeyri-konstruktiv addımları artıq indidən müşahidə etmək olar. Qərbin Azərbaycan rəhbərliyinə təsir alətlərinin dəsti kifayət qədər geniş ola bilər, amma hər hansı innovasiyaları gözləmək lazım deyil. Əsas standartlar məlumdur və Rusiya üzərində artıq sınaqdan keçirilib: siyasi rəhbərliyin demonizasiyası; dövlətin və onun institutlarının neqativ imicinin yaradılması, o cümlədən müxtəlif tədbirlərin boykotu vasitəsilə; təxribatlar və xüsusi məhdudlaşdırıcı tədbirlərin tətbiqi və s.”, – deyə V.Salyayev qeyd edib.

Ekspertin fikrincə, beynəlxalq münasibətlərin indiki sistemi köklü deformasiyaya uğrayır, hansı ki, qlobal proseslərə Qərbin təsirinin tədricən azalması, yeni böyük regional oyunçuların meydana çıxması, milli maraqların millətlərarası maraqlar üzərində primatı ilə səciyyələnir. Bu halda Azərbaycanın çoxvektorlu xarici siyasəti və bunun nəticəsi kimi, regionda onun sabit və əhəmiyyətli mövqeyi, hər halda, ən yaxın perspektivdə Qərbin fikrindən çox az dərəcədə asılı olacaq. Bundan başqa, ölkə rəhbərliyi müxtəlif xarici təhdidlərə qarşı Qərbdən asılı olmayan meydançalardan, məsələn, Qoşulmama Hərəkatından, hansına ki, gələn il Azərbaycan sədrlik edəcək, yararlanmaqla tam müvəffəqiyyətlə durmağı bacarar.

Vladimir Salyayev

“Uzaq perspektivdə, əlbəttə, Azərbaycanın rəhbərliyi qarşısında daha mürəkkəb məsələlər durur: iqtisadiyyatın diversifikasiyası, insan potensialının inkişafı, siyasi islahatlar və hətta ekologiyanın yaxşılaşması. Bütün bu məsələlərin gələcək prezident tərəfindən uğurlu həlli Qərb ölkələrinin istənilən neqativ niyyətlərini daha çox minimuma endirəcək.

Azərbaycanda səsvermə tarixinin irəli çəkilməsinə gəlincə, bildiyim qədər, bu mövzuda fikirlər, həmçinin konspiroloji, kifayət qədər çoxdur. Müxalifətin tərəfdarları, məsələn, hesab edirlər ki, seçkilərin tarixi xüsusi olaraq irəli çəkilib ki, müxalifətə qruplaşmağa və seçkilərə hazırlaşmağa imkan verilməsin. Mənim fikrimcə, əgər əhalinin əhəmiyyətli hissəsi tərəfindən dəstəklənən siyasi rəqabət çağırışı olsaydı, hazırlıq vaxtı əhəmiyyətli rol oynamazdı”, – deyə Vladimir Salyayev vurğulayıb.

“Başqa versiya ki, seçkilər iqtisadi cəhətdən ən əlverişli məqamda keçirilir, fikrimcə, bu da tamamilə əsaslı deyil. Birincisi, ölkə və ya dünya iqtisadiyyatında mümkün dəqiq proqnoz haqda, hətta yaxın gələcək üçün, hər hansı məlumat yoxdur. İkincisi, nə qədər ki, enerjidaşıyıcılar bazarında vəziyyət sabitləşməyib, anlayış belə yoxdur ki, neft qiymətləri hansı istiqamətdə hərəkət edəcək.

Səsvermənin vaxtının dəyişdirilməsi ilə bağlı əlavə versiyalar da zəifdir və arqumentlərlə əsaslandırılmayıb. Fikrimcə, səsvermənin tarixinin dəyişdirilməsi, özündə müxtəlif amillərin tam kompleksini – ölkədə və bütovlükdə regionda sabitliyin saxlanılması, iqtisadiyyatda islahat proseslərinin sürətləndirilməsi və s. ehtiva edən qərardır”, – deyə politoloq fikrini yekunlaşdırıb.

Comment here