ManşetMANŞETÜSTÜ

Azərbaycanın məşhur hərbi operatoru vəfat etdi – YENİLƏNİB

Azərbaycanın məşhur hərbi operatoru vəfat etdi – YENİLƏNİB

Azərbaycanın məşhur hərbi operatoru vəfat etdi - YENİLƏNİBAzərbaycan Ordusunun ilk hərbi operatoru Seyidağa Mövsümlü dəfn olunub. Fakttv.com apa-ya istinadən xəbər verir ki, S. Mövsümlü Buzovna qəbiristanlığında torpağa tapşırılıb.

Mərhum teleoperatorun dəfn mərasimində Müdafiə Nazirliyinin nümayəndələri, kütləvi informasiya vasitələrinin əməkdaşları, müharibə veteranları və ailə üzvləri iştirak ediblər.

Qeyd edək ki, S. Mövsümlü gecə saatlarında uzun sürən xəstəlikdən sonra 64 yaşında dünyasını dəyişib.

S. Mövsümlü 1954-cü ildə Ucar rayonunda anadan olub. Azərbaycan Dövlət Teleradio Komitəsində teleoperator assistenti vəzifəsində əmək fəaliyyətinə başlayıb. Bu sahədə təhsil almaq üçün 1980-ci ildə Ümumittifaq Teleradio İnstitutuna göndərilib. Moskvada təhsilini uğurla başa vurub Bakıya qayıdıb. Azərbaycan Dövlət Teleradio Komitəsində teleoperator kimi fəaliyyətini davam etdirib.

S. Mövsümlü Xocalı soyqırımını, bütövlükdə Qarabağ müharibəsini lentə alan ilk operatorlarımızdandır. Dövlət televiziyasında çalışan vaxtlarında Azərbaycan Müdafiə Nazirliyinin yaratdığı ilk batalyonun – Şıxov batalyonunun ilk könüllülərindən olub. Bu batalyonda erməni işğalçılarına qarşı aparılan əməliyyatlarda qəhrəmancasına döyüşüb. İki dəfə yaralanıb.

***
Tanınmış hərbi teleoperator, Xocalı soyqırımını ilk lentə almış şəxs, Qarabağ müharibəsi əlili Seyidağa Mövsümlü ötən gecə dünyasını dəyişib.

Sonxeber.az “Qaziler.az”a istinadən xəbər verir ki, mərhum bu gün (26 iyun) saat 14:00-da Mərdəkandakı evindən (Xurustalnının, saatın yaxınlığında) dəfnə götürüləcək.

Mərhumun yaxınları bildiriblər ki, S.Mövsümlü Buzovna qəbiristanlığında, anasının yanında dəfn olunacaq!

Xatırladaq ki, S.Mövsümlü uzun illərdir ki, Qarabağda döyüşdə aldığı yaradan əziyyət çəkirdi.

Allah rəhmət eləsin…

Comment here