İqtisadiyyatMANŞETÜSTÜ

Azərbaycanın hərbi büdcəsi artırılır

Azərbaycanın hərbi büdcəsi artırılır

Azərbaycanın hərbi büdcəsi artırılır

Azərbaycanın 2019-cu il üçün nəzərdə tutulmuş müdafiə xərclərinin həcmi məlum olub.
Fakttv.com modern.az-a istinadən xəbər verir ki, bu barədə “2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.
Sənəddə göstərilib ki, 2019-cu il dövlət  büdcəsinin müdafiə sektoru üzrə xərcləri 3 milyard 37 milyon manat proqnozlaşdırılır.
Xatırladaq ki, 2018-ci il dövlət  büdcəsinin müdafiə sektoru üzrə xərcləri 2.905.221.836 manat olub.
Qeyd edək ki, büdcə zərfinə daxil olan “2019-cu il dövlət büdcəsi haqqında”, ” 2019-cu il üçün yaşayış minimumu haqqında”, “2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri Milli Məclisin noyabrın 13-ü, 14-ü, 15-i, 23-ü və 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Comment here