ManşetMANŞETÜSTÜ

Azərbaycanda televiziya və radiolarda bunu reklam etmək qadağan olunur – Açıqlama

Azərbaycanda televiziya və radiolarda bunu reklam etmək qadağan olunur – Açıqlama

Azərbaycanda televiziya və radiolarda bunu reklam etmək qadağan olunur - Açıqlamaİnzibati Xətalar Məcəlləsinə yeni 428.4-1 maddəsinin əlavə edilməsi təklif olunur.

Təklif olunan maddədə Azərbaycanda pulsuz dərman vasitələrinin və tibbi xidmətlərin reklamı televiziya və radio yayımında qadağan edilir, buna əməl etməyən yayımçılarla bağlı cəzalar müəyyənləşdirilir. Qeyd olunur ki, dərman vasitələrinin pulsuz paylanması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsi teleradio yayımçısı tərəfindən törədildikdə vəzifəli şəxslər 1500 manatdan 2500 manata qədər, hüquqi şəxslər 5000 manatdan 8000 manata qədər cərimələnəcək.

Layihə Milli Məclisin dekabrın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Bəs televiziya və radiolarımızda dərman vasitələri və tibbi xidmətlər niyə reklam olunur? Bu məhsulların reklamı olunması keyfiyyət baxımından düzgündürmü?
Məsələ ilə bağlı ekspertlərin fikrini öyrənməyə çalışdıq.

“Dərman vasitələrinin, tibbi vasitələrin müalicə, diaqnostika vasitələrinin eləcə də həkimlərin reklamı dünyanın heç yerində mövcud deyil”

Bu sözləri Sonxeber.az-a açıqlamasında tibb elmləri doktoru Adil Qeybulla deyib.

Azərbaycanda televiziya və radiolarda bunu reklam etmək qadağan olunur - AçıqlamaO bildirib ki, ən müasir tibbi yeniliklər haqqında televiziyada əhaliyə müyyən bir xəstəliyin müalicə metodu barədə məlumat verilə bilər. Həkimlərin və digər tibbi xidmət vasitələrinin mütəmadi olaraq reklam olunması ayrı-ayrı verilişlər üçün kommersiya meyilli olan reklamlardır. Bu cür reklamlar reallığa və həqiqətə uyğun deyil. Belə reklamları qadağan etməkdən əlavə bu metodu həyata keçirən şəxslər cəzalandırılmalıdır.

“Dərmanı yalnız həkim təyin edir və bu onun funksiyasıdır. Hər kəsin öz səlahiyyəti olmalıdır. Ona görə də bu sahədə olan boşluqlardan sui-istifadə edilir. Qanun pozulduğu halda həmin şəxslərə adminstrativ cərimə, inzibati cəza yaxud həbs cəzası verilə bilər. Hesab edirəm ki, bu sahədə qanunda müəyyən edilmiş müddəalar kifayət qədər sərt olmalıdır. Hər – halda ən yüngül cəza forması cərimədir. Cərimədən sonra inzibati xətalarla bağlı qərar verilə bilər, daha sonra şərti həbs və və həbs qəti –imkan tədbiri müəyyən edilə bilər. Nəticə etibarı ilə demək olar ki, qanunu pozanlarla bağlı ən yünğül cəza tədbiri seçilib.” A.Qeybulla deyib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə pulsuz dərman vasitələrinin və tibbi xidmətlərin reklamı ilə bağlı Sonxeber.az-a açıqlamasında birliyə dərman preparatları, qida əlavələri ilə bağlı gələn şikayətlərin təhlili nəticəsində istehlakçıların aldadıldığını deyib.

Onun sözlərinə görə, ölkədə istehlakçılar reklama adekvat xidmət göstərmirlər, aldıqları dərman tamamilə əks nəticə göstərir:
“Əksər hallarda reklam olunan bu məhsulların qiyməti 49, 9 AZN-dən artıq olmur. Çünki Azərbaycan Respuplikasının cinayət məcəlləsində istehlakçını aldatmaq 50 AZN-dən sonra cinayət tərkibi yaradır. Bu sahədə böyük problem yaşanır.

E.Hüseynov əlavə edib ki, xaricdən gəlmiş həkimlərlə bağlı reklamlar həddən artıq çoxdur. Birmənalı şəkildə reklamların ardınca gedən istehlakçılara ödədikləri pulun müqabilində qəbz verilmir. Qida əlavələrinin dərman preparatları kimi reklam olunması halı mövcuddur. Yalançı reklamlarla bağlı monitorinq aparılmalıdır. Çünki ölkədə biznes qurumlara yaradılan şəraitdən sui-istifadə edilir. Reklamlar vasitəsi ilə əhali kütləvi şəkildə aldadılır. Azərbaycanda bazar qorunmadığından, istehlakçı siyasətinin zəif olması səbəbindən vətəndaşlar reklam vasitəsilə geniş surətdə aldadılır.

Aysel Kərimova

Comment here