GündəmManşet

Azərbaycanda kredit borcu olanlar bu xəbəri mütləq oxuyun

Azərbaycanda kredit borcu olanlar bu xəbəri mütləq oxuyun2017-ci ilin 8 ayı ərzində bank sektorunun cəmi xalis mənfəəti 350,3 milyon manat təşkil edib.
Maliyyə Bazarlarına Nəzarət Palatasından daxil olmuş məlumata görə, bankların faiz gəlirləri 1 milyard 293 milyon manat, qeyri-faiz gəlirləri isə 537,4 milyon manat təşkil edib.
Xərclər çıxıldıqdan sonra bank sektoru 8 ayda 565,8 milyon manat əməliyyat mənfəəti əldə edib. Əməliyyat mənfəətindən ehtiyatlara ayırma edilib və mənfəət vergisi ödənilib.
2017-ci ilin 8 ayında bank sektorunun xalis mənfəəti 216,8 milyon manat təşkil etmişdi. Beləliklə, Avqustda bankların xalis mənfəəti 133,5 milyon manat atıb.
Mənfəətin artması əsasən ehtiyatların azad olması ilə bağlıdır. Belə ki, İyul ayının sonunda aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üzrə ehtiyatlar 297,3 milyon manat ikən, 31 Avqust 2017-ci il tarixində 196,8 milyon manat təşkil edib. Bu geriləmə hansısa banklarda gecikmədə olan kreditlərin ödəndiyinə işarədir.

Comment here