ManşetMANŞETÜSTÜ

Azərbaycanda istirahət mərkəzində faciə – Kanat qırıldı, ölən və yaralananlar var – YENİLƏNİB

Azərbaycanda istirahət mərkəzində faciə – Kanat qırıldı, ölən və yaralananlar var – YENİLƏNİB

Azərbaycanda istirahət mərkəzində faciə - Kanat qırıldı, ölən və yaralananlar var - YENİLƏNİBQuba Mərkəzi Rayon Xəstəxanasından Publika.az-a verilən məlumata görə, qəza zamanı xəsarət alan rayon sakinləri 1958-ci il təvəllüdlü Həsənov Rafiq Əziz oğlu və 1985-ci il təvəllüdlü Əliməmmədov Ruhid Mehman oğlunun vəziyyəti stabildir:

“Həsənov Rafiq Əziz oğlu sağ baldırın cırılmış yarası, Əliməmmədov Ruhid Mehman oğlu isə döş qəfəsinin əziyi diaqnozu ilə müalicəyə alınıb. Hazırda xəstələr mərkəzdə həkimlərin nəzarəti altındadır. Vəziyyətləri stabildir”.

***
Qubada 1 nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən hadisə baş verib.

Fakttv.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Quba Palace Hotel”ə (Əvvəlki adı Quba Rixos) məxsus olan kanat bu saatlarda qırılıb.

Kanatın qırılması nəticəsində avadanlıqda olan şəxslər zərblə yerə düşüblər. Otelin əməkdaşı, Quba rayon Amsar kənd sakini Rzayev Rüzgar Mürvət oğlu hadisə yerində həlak olub.

Dörd yaralı isə xəstəxanaya yerləşdirilib.

Paylaş Fakttv.com

Comment here