ManşetMANŞETÜSTÜ

Azərbaycanda icra başçısının qardaşı oğlu qəzaya düşdü

Azərbaycanda icra başçısının qardaşı oğlu qəzaya düşdü

Azərbaycanda icra başçısının qardaşı oğlu qəzaya düşdüŞamaxı rayonunda avtomobil qəzası baş verib.

Sonxeber.az-ın apa-ya istinadən xəbərinə görə, iki “Vaz” markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Xəsarət alanlar “VAZ 21015″in sürücüsü Cavid Novruzov, sərnişini, 1984-cü il təvəllüdlü Comərdov Vüsal Çingiz oğlu, “VAZ 2107″nin sürücüsü Fərəc İsgəndərzadə və sərnişini, Ağsunun Pirhəsənli kənd sakini, Seyidəliyev Faqil Mirfazil oğludur.

Onlar Şamaxı və Ağsu rayon mərkəzi xəstəxanalarına yerləşdiriliblər.

Qeyd edək ki, Fərəc İsgəndərzadə Ağsu rayon İcra Hakimiyyətinin Qaraqoyunlu kəndi üzrə icra nümayəndəsi, Faqil Seyidəliyev isə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin qardaşı oğludur.

Comment here