Manşet

Azərbaycanda doğuş zamanı daha bir ölüm YENİLƏNİB

“Gəncədə qeysəriyyə əməliyyatından sonra dünyasını dəyişən ananın ölüm səbəbi ilə bağlı Səhiyyə Nazirliyində fəaliyyət göstərən Doğuşayardım Komissiyası tərəfindən araşdırma aparılacaq”.

Bu barədə Sonxeber.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

 Onun sözlərinə görə, ölümün dəqiq hansı səbəbdən baş verdiyini müəyyən etmək üçün tibbi ekspertiza aparılacaq. Təxminən 3-4 həftəyə ananın ölüm səbəbi bilinəcək. İlkin səbəb məlum olduqdan sonra ətraflı məlumat veriləcək.

S.Əhmədova bildirib ki, bəzən ölən şəxsin yaxınları tibbi ekspertiza aparılması icazə vermir. Lakin, hər bir ana ölümü araşdırılır.

Azərbaycanda doğuş zamanı daha bir ölüm - Açıqlama - YENİLƏNİB

Comment here