CəmiyyətMANŞETÜSTÜ

Azərbaycanda dəhşətli qəzada ölənlərin adları bilindi – Foto

Azərbaycanda dəhşətli qəzada ölənlərin adları bilindi – Foto

Azərbaycanda dəhşətli qəzada ölənlərin adları bilindi – Foto

Bərdə rayonunda baş verən dəhşətli yol qəzasında ölənlərin şəxsiyyəti məlum olub.

Trend-in məlumatına görə, hadisə Goranboy rayonunun Dəliməmmədli kənd sakini Vəliyev Azər Məmməd oğlunun idarə etdiyi VAZ-21011 markalı 22 BM 803 dövlət nömrə nişanlı avtomobillə Goranboy rayon sakini Nuriyev Raqib Səxavət oğlunun idarə etdiyi HOVO markalı 04 BN 914 markalı yük maşını ilə toqquşması nəticəsində baş verib.

Hadisə nəticəsində VAZ-21011markalı avtomobilin sürücüsü Azər Vəliyev və sərnişinləri 1950-ci il təvəllüdlü Rəcəbəliyeva Zeynəb Əbdülkərim qızı, 1970-ci il təvəllüdlü Rəcəbəliyeva Rəna Əli qızı və 2005-ci il təvəllüdlü Vəliyev Rəvan Azər oğlu hadisə yerində keçiniblər.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Comment here