ManşetMANŞETÜSTÜ

Azərbaycanda dəhşətli hadisə: keçmiş qayınatasını evində öldürdü – YENİLƏNİB

Azərbaycanda dəhşətli hadisə: keçmiş qayınatasını evində öldürdü – YENİLƏNİB

Azərbaycanda dəhşətli hadisə: keçmiş qayınatasını evində öldürdü - YENİLƏNİB

Biləsuvar rayonunda qətl törədilib.

FAKTTV lent.az-a istinadən xəbər verir ki, Salyan rayon sakini, 1983-cü il təvəllüdlü Məmmədov Ramil Nofəl oğlu Biləsuvar rayonu Təzəkənd kəndində keçmiş qayınatası 49 yaşlı Əlican Ağayevi bıçaqlayaraq öldürüb. O, daha sonra polis şöbəsinə gedərək törətdiyi əməl barəsində məlumat verib və təslim olub.

Bildirilir ki, hadisəni törədən 34 yaşlı Ramil bir müddət əvvəl həyat yoldaşından boşanıb. O, dünən axşam saat 19 radələrində keçmiş qayınatasının evinə gedib və burada münaqişə baş verib.

Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

———–

10:55

Biləsuvarda qətl törədilib.

Sonxeber.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb. Kənd sakini, 1949-cu il təvəllüdlü Əlican Qəmbər oğlu Ağayev keçmiş kürəkəni, 1983-cü il təvəllüdlü Ramil Nofəl oğlu Məmmədov tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Comment here