ManşetMANŞETÜSTÜ

Azərbaycanda dəhşətli hadisə: 5 yaşlı uşaq anasını güllələyib öldürdü

Azərbaycanda dəhşətli hadisə: 5 yaşlı uşaq anasını güllələyib öldürdü

Azərbaycanda dəhşətli hadisə: 5 yaşlı uşaq anasını güllələyib öldürdü

Ağsu rayonunda bədbəxt hadisə baş verib. Avropa.info Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, mayın 28-də Ağsu rayonunun Bico kəndində yaşayan Bəyalı İmamalıyevin evində azyaşlı oğlu Murad tüfənglə oynayarkən açılmış atəşdən anası Samirə boyun nahiyəsindən xəsarət alıb. Qadın hadisə yerində ölüb.

Ağsu RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən B.İmamalıyevə məxsus müvafiq sənədləri olan “MR-155” markalı ov tüfəngi, 4 ədəd patron və 1 giliz aşkar edilərək götürülüb.

Bildirilir ki, hadisə vaxtı qadın divanda yuxuda olub. 5 yaşlı Murad silahla oynayarkən ehtiyatsızlıqdan atəş açılıb və güllə qadının baş-boyun nahiyəsinə tuş gəlib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırma aparılır.

Comment here