MANŞETÜSTÜ

Azərbaycanda bir ailənin faciəsi

Azərbaycanda bir ailənin faciəsi

Azərbaycanda bir ailənin faciəsiXəbər verdiyimiz kimi noyabrın 23-də səhər saat 7 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində yolu keçən paytaxt sakinləri Azər Əhmədov, həyat yoldaşı Olqa və iki azyaşlı övladı müəyyən edilməyən avtomobillə vurulub.
Sonxeber.az-ın əldə etdiyi məlumta görə, Sabunçu rayon 3 saylı xəstəxanaya yerləşdirilən 12 yaşlı Malik Əhmədov dünən vəfat edib. Azər Əhmədov isə bu gün dünyasını dəyişib. A.Əhmədovun həyat yoldaşı Olga Əhmədova və qızı 5 yaşlı Mədinə Əhmədovanın vəziyyəti qənaətbəxşdir.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, qəzanı törədən sürücü piyadalara heç bir yardım göstərmədən hadisə yerindən qaçıb. Yaralılar digər şəxslərin köməkliyi ilə xəstəxanaya yerləşdirilib hazırda vəziyyətləri qənaətbəxşdir.

Qeyd edək ki, qəzanı törədən sürücü piyadalara heç bir yardım göstərmədən hadisə yerindən qaçıb. Yaralılar digər şəxslərin köməkliyi ilə xəstəxanaya yerləşdiriliblər. Hazırda vəziyyətləri qənaətbəxşdir.

Hadisə barədə Sabunçu Rayon Polis İdarəsinə (RPİ) məlumat daxil olan kimi hadisə baş verən ərazidə araşdırmalar aparılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Sabunçu rayonunun Kürdəxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tofiq Qədirov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təqdim olunub. Onun “VAZ 2107” markalı nəqliyyat vasitəsi evinin həyətindən aşkar edilərək müvəqqəti mühafizə olunan duracağa yerləşdirilib.

Tofiq Qədirov – Saxlanılan şəxs: “Zabratdan Kürdəxanı tərəfə qayıdırdım. Hadisəni törədəndən sonra qaçıb getdim. Hadisə vaxtı elə bildim ki, 3 nəfərdi. Sonradan bilmişəm ki, 4 nəfər olublar”.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Aysel

Comment here