MANŞETÜSTÜ

Azərbaycanda 30 vəzifəli şəxs işdən çıxarıldı

Azərbaycanda 30 vəzifəli şəxs işdən çıxarıldı

Azərbaycanda 30 vəzifəli şəxs işdən çıxarıldıYeni tədris ilində Bakıda 30-a yaxın məktəbə direktor təyin olunub”.
Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.
Onun sözlərinə görə, həmin məktəblərin rəhbərləri ilə ya yaş həddinə çatması səbəbindən əmək müqavilələri ləğv olunub, yaxud da fəaliyyətlərində müəyyən nöqsanlara yol verərək qanunvericiliyin tələblərini pozublar.
“Bundan sonra da məktəblərin idarə olunması məsələsi Təhsil İdarəsinin diqqət mərkəzində olacaq. Çünki böyük kollektivin fəaliyyəti məktəb direktorunun təhsil müəssisəsində sağlam mühit yaratmasından və onu səmərəli idarə etməsindən asılıdır”, – M.Vəliyeva əlavə edib.

Mənbə: report.az

Comment here