ManşetMANŞETÜSTÜ

Azərbaycana qarşı təbliğat aparan söyüş çətəsi… – Azər Həsrət

Azərbaycana qarşı təbliğat aparan söyüş çətəsi ölkəmizdə normal bir işi və faydasıyla fərqlənməyib.

Bunu Teleqraf.com-a açıqlamasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının və Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyib.

Onun sözlərinə görə, həmin insanlar tənbəl və yaramaz adamlardır:

“Ona görə də bizim cəmiyyət o adamları öz içində həzm edə bilməyib. Yəni bu adamlar özlərini təcrid ediblər. Sonda da çıxış yolunu xaricə qaçmaqda görüblər. Orada da onların əsl mahiyyəti üzə çıxıb və bəlli olub ki, heç bir işə yaramırlar. Nə istedad var, nə savad, nə də ədəb. Sönuncu amili nəzərə alaraq onları Azərbaycana düşmən olan mərkəzlər cəlb ediblər, çörəklərini verib öz ana vətənlərini söydürürlər”.

Azər Həsrət qeyd edib ki, bu adamlar üçün də dəyər anlayışı olmadığına görə belə ədəbsiz davranırlar:

“Bunlar elə doğrudan da Azərbaycan cəmiyyətinin atıntılarıdır. Atıntı olmasaydılar işlərini söyüş və təhqir üstündə qurmazdılar”.

Qeyd edək ki, Prezident seçkiləri yaxınlaşdıqca Avropaya sığınmış bəzi vətəndaşlarımız Azərbaycana qarşı anti-təbliğat aparırlar.

Fakttv.com

Comment here