MANŞETÜSTÜSiyasət

Azərbaycan Türkiyə ilə birgə silah istehsal edəcək – Rəsmi açıqlama

Azərbaycan Türkiyə ilə birgə silah istehsal edəcək – Rəsmi açıqlama

Azərbaycan Türkiyə ilə birgə silah istehsal edəcək – Rəsmi açıqlama

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi Türkiyənin silah, sursat, partlayıcı maddə, maşın, avadanlıq və digər məhsullar istehsal edən Maşınqayırma və Kimya Sənayesi Quru Maşınqayırma və Kimya Sənayesi təşkilatı (MKEK) birgə məhsul istehsal etməyi planlaşdırır. Artıq Müdafiə sənayesi nazirliyi MKEK-yə birgə məhsul istehsal etmək barədə təklif edib.

Fakttv.com Avropa.info -a istinadən xəbər verir ki, bu barədə məlumat verən MKEK rəhbərinin müavini Akif Akgülün sözlərinə görə, Azərbaycanla birgə əməkdaşlıq sahədə addımlar atılmaqdadır.

“Biz Azərbaycanın müdafiə sənayesinin inkişafına ciddi dəstəklər vermişik. MKEK əvvəllər Azərbaycana “Fırtına” mərmilərini satmağa cəhd göstərsək də, bu məhsulun ixracına icazə verilmədiyindən bu təşəbbüs nəticəsiz qaldı. Buna baxmayaraq, əməkdaşlıq istiqamətdə fəaliyyətimiz davam edir. Hazırda Müdafiə sənayesi nazirliyi ilə MKEK arasında çox yaxşı münasibətlər mövcuddur. Bizim istehsal etdiyimiz snayper silahları Azərbaycan Silahlı Qüvvələrində istifadə olunur. Nazirliyin 35 istehsal müəssisəsi mövcuddur və biz bu müəssisələrə yarı məmulat və məmulat veririk. Müdafiə Sənayesi Nazirliyi rəsmiləri görüşümüzdə MKEK ilə uzun müddətli marketinq və birgə istehsal fəaliyyətləri aparmaq təklifi aldıq”- deyə A. Akgül bildirib.

Onun sözlərinə görə, ümid edirik ki, bu istiqamətdə əməkdaşlıq davam edəcək: “Uzun müddətli marketinq və birgə məhsul istehsalı ilə bağlı razılaşmaya çox yaxınıq. Bununla da MKEK-in Azərbaycanla əlaqələri daha da inkişaf edəcək”.

 

Comment here