ManşetMANŞETÜSTÜSiyasət

Azərbaycan- Rusiya -İran prezidentlərinin növbəti Zirvə görüşü keçiriləcək

Azərbaycan- Rusiya -İran prezidentlərinin növbəti Zirvə görüşü keçiriləcək

Azərbaycan- Rusiya -İran prezidentlərinin növbəti Zirvə görüşü keçiriləcək

Azərbaycan- Rusiya -İran prezidentləri arasında növbəti üçtərəfli Zirvə toplantısının keçirilməsi planlaşıdırılır.

Fakttv.com Avropa.info-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, İlham Əliyev, Vladimir Putin və Həsən Ruhani arasında keçirilən görüş bu ilin sonunadək reallaşmalıdır.

Uşakov deyib ki, Azərbaycan-Rusiya-İran dövlət başçılarının üçtərəfli formatda növbəti Zirvə toplantısını Kreml təşkil edəcək və görüş Rusiyada olacaq.

“Hazırda üçtərəfli formatda reallaşacaq Zirvə toplantısının vaxtı müzakirə olunur. Zirvə toplantısı tərələrə münasib bir tarixdə baş tutacaq”- Uşakov bildirib.

Qeyd edək ki, bu formatda ilk Zirvə toplantısı 2016-cı ildə baş tutub. Daha sonra Zirvə görüşləri Bakı və Tehranda keçirilib.

2018-ci ildə Azərbaycan prezidenti İlham Əliyev iki dəfə Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Sonuncu görüş sentyabrın 1-də Soçidə, birinci görüş isə Rusiyada keçirilən Futbol üzrə Dünya çempionatının açılış mərasimi zamanı Moskvada reallaşıb.

 

Comment here