ManşetMANŞETÜSTÜ

Azərbaycan məscidlərində bayram namazı qılınıb

Azərbaycan məscidlərində bayram namazı qılınıb

Azərbaycan məscidlərində bayram namazı qılınıb

Bu gün Azərbaycanda fəaliyyət göstərən məscidlərdə Ramazan bayramı namazı qılınıb.

Fakttv.com report-a istinadən xəbər verir ki, bu gün Təzəpir və digər məscidlərdə qılınan bayram namazına yüzlərlə dindar qatılıb.

Təzəpir məscidində qılınan bayram namazında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə də iştirak edib.

QMİ sədri bütün müsəlmanları, o cümlədən Azərbaycan xalqını Ramazan ayının başa çatması və bayram münasibətilə təbrik edib.

Qeyd edək ki, Azərbaycanda Ramazan ayı mayın 17-də başlayıb. İyunun 15-i və 16-sı Azərbaycanda Ramazan bayramıdır.

Comment here