Siyasət

Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir

Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir

90-cı illərin əvvəllərində yenicə müstəqillik qazanmış Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, onu inkişaf etdirməyi özünün əsas vəzifəsi hesab edən, dövlətçilik ənənələrini rəhbər tutan Ümummilli lider Heydər Əliyev respublikamızda dövlət quruculuğunun və dövlətçiliyin inkişafının təməl prinsiplərinin əsasını yaratmışdır. Bu istiqamətdə həyata keçirilən iqtisadi islahatlar və strategiya nəticəsində ölkədə iqtisadi tənəzzülün qarşısı alınmış və ictimai-siyasi sabitliyi təmin etmək mümkün olmuşdur. Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş iqtisadi strategiya bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə inamla davam etdirilərək Azərbaycanın dinamik inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Uğurla və ardıcıl şəkildə davam etdirilən daxili və xarici siyasət sahəsində qazanılan uğurlar, həmçinin neft strategiyasının reallaşdırılması, ölkədə makroiqtisadi sabitliyin davamlılığının təmin edilməsi ölkəmizin günü gündən inkişaf etməsinə, yeni-yeni uğurların qazanılmasına səbəb olmuşdur. Bir çox qabaqcıl dövlətlərin onilliklər boyu keçdiyi inkişaf və tərəqqi mərhələlərini qısa müddətdə adlayan, keçid dövrü üçün səciyyəvi olan problemlərin öhdəsindən inamla gələn respublikamızın qısa müddətdə əldə etdiyi nailiyyətlər, ilk növbədə, cənab İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin göstəriciləridir. Hal-hazırda davam edən və ardıcıl şəkildə həyata keçirilən bu inkişaf prosesləri nəticəsində ölkəmiz daha da inkişaf edəcək, yaxın gələcəkdə daha böyük zirvələr fəth edəcəkdir.

Ələkbər Kərimov-Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı

 

İdarəetmə infrastrukturunun təkmilləşdirilməsi və maddi texniki bazanın müasirləşdirilməsi dövlətin inkişafından xəbər verən əsas göstəricilərindəndir

Azərbaycanın dövlətçilik tarixi çox qədimdir, idarəçilik mədəniyyətimiz qədim və həm də zəngindir. Ona görə də bu dövləti qurarkən, müstəqilliyimizi yenidən bərpa edərkən biz dövlətçilik ənənələrimizə söykənmişik və bu sahədəki zəngin təcrübədən bəhrələnmiş, istifadə etmişik. Zaman keçdikcə bizim dövlətçilik təcrübəmiz də artmış, idarəçilik mədəniyyətimiz də getdikcə zənginləşmişdir.
Dövlətimizin istər iqtisadiyyatda, istər dövlət idarəçilik sistemində, istərsə də nizami ordu yaratmaq sahəsindəki islahatları və ən başlıcası, milli-mənəvi dəyərlərimizə olan dövlət qayğısı son illərdə əldə etdiyimiz böyük nailiyyətlərə zəmin oldu.
Bu gün Azərbaycanda ədalətli vətəndaş cəmiyyətinin yaradılması, insan potensialının quruculuq işlərinə cəlb olunması, sosial ədalət prinsiplərinin bərqərar olması və insanların öz dövlətinə və dövlətçiliyinə inamının artırılmasına xidmət edir. Dövlət idarəçiliyində, dövlətə rəhbərlikdə peşəkarlığın, səmərəliliyin, səriştəliliyin əhəmiyyətini biz hazırda cənab Prezident İlham Əliyevin bugünkü çoxcəhətli və səmərəli fəaliyyətində aydın görürük.
Dövlət idarəetmə sisteminin təşkili və səmərəli fəaliyyətinin təmin olunması, ilk növbədə, dövlət idarəçiliyinin məqsədlərinin, prinsiplərinin və təşkilati strukturunun müəyyənləşdirilməsini tələb edir. Ən böyük nailiyyətimiz isə ondan ibarətdir ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu, siyasi, iqtisadi və sosial islahatların inkişafı mahiyyət etibarı ilə yeni bir modeli – Azərbaycan modeli yaranmışdır.
Sosial infrastruktur əhaliyə xidmət edən idarələr, qurğular sistemidir. İqtisadiyyatın inkişafının səmərəliliyi, əhalinin həyat şəraitinin yaxşılaşması bilavasitə infrastrukturun inkişaf səviyyəsindən asılıdır. Beləliklə, ölkədə iqtisadi-sosial inkişafın təmin edilməsində infrastruktur mühüm rol oynayır.
Son illər ərzində bilavasitə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin şəxsi diqqət və qayğısı nəticəsində ölkəmizdə bütün sahələrdə uğurlar əldə edilib. Ölkədə dayanıqlı inkişaf sisteminin yaradılması, mövcud problemlərin həll edilməsi istiqamətində çox böyük işlər aparılıb. Bu gün qazanılan bütün uğurlar bilavasitə cənab Prezidentin tapşırıq və tövsiyələrinin məntiqi nəticəsidir.

Vəfa Bayramova-Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru

 

Azərbaycan –Türkiyə arasında iqtisadi münasibətlər tükənməz potensiala malikdir

Azərbaycan-Türkiyə münasibətləri dərin tarixi köklərə malikdir. Bu iki dövlət arasında olan tarixi bağlar əsrlər bundan əvvəl başlamış, bu gün də müxtəlif sahələri əhatə edən birgəlik davam etməkdədir. Ulu öndərin bir millət iki dövlət kimi qiymətləndirdiyi Azərbaycan –Türkiyə dövlətləri arasında eyni dilə, eyni dinə, eyni kökə mənsubluq onların daha sıx bağlanmasında mühüm rol oynamışdır.
Həm siyasi, həm iqtisadi sahələrdə qurulan münasibətlər dayanmadan inkişaf etdirilir, keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu gün dünya miqyasında Azərbaycanın ən böyük dəstəkçisi Türkiyədir. Qardaş ölkə hər zaman olduğu kimi Vətən müharibəsindəki haqlı savaşımızda da Azərbaycanın yanında olduğunu, birmənalı olaraq ona siyasi və mənəvi dəstəyini bildirmişdir.
Hazırda da ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq yüksək formada həyata keçirilir. Bu tərəfdaşlıq tək dövlətlərimiz üçün deyil, bütünlükdə regionun inkişafına, tərəqqisinə xidmət edir.
Azərbaycan və Türkiyənin təşəbbüsü ilə ölkələrimiz və region üçün önəmli bir sıra layihələr həyata keçirilir. İqtisadi sahədə əməkdaşlıq haqqında indiyədək iki dövlət arasında çoxsaylı sənədlər imzalanmışdır.
Bunlardan xüsusilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası, Azərbaycan-Türkiyə Hökmətlərarası Müştərək İqtisadi Komissiya, Kənd Təsərrüfatı İcra Komitəsi kimi mexanizmləri göstərmək olar. Digər tərəfdən ölkələrimiz arasında beynəlxalq əhəmiyyətli bir sıra regional layihələr həyata keçirilmiş və reallaşmaqdadır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Trans-Anadolu təbii qaz boru xətti layihələri bu baxımdan ən yaxşı nümunələrdir.
Bir sözlə, Azərbaycan-Türkiyə xalqlarının qardaşlığı daim möhkəmlənir, inkişaf edir və sarsılmaz xarakter alır. Azərbaycan-Türkiyə münasibətləri dünya miqyasında bütün ölkələr üçün bir örnəkdir.

Mayisə Xəlilova-Dəkkəoba kənd tam orta məktəbin direktor müavini

 

Yeni pul əsginasları ilə bağlı yarana biləcək çətinliklərin aradan qaldırılması üçün Azərbaycan Hökuməti tərəfindən müvafiq qabaqlayıcı tədbirlər görülmüşdür

Dövriyyədə olan milli pul nişanlarının tədavülə buraxılmasından 14 il keçir və bu dövrdə pul nişanlarımız öz estetik görünüşünə, konseptual mövzusuna və mühafizə sistemlərinə görə özünəməxsusluğu ilə seçilib. 20 oktyabr 2020-ci il tarixindən yenilənmiş pul nişanlarının istismarına başlanılmış, bu tarixdən bütün kommersiya bankları və bank olmayan ödəniş xidmətləri təchizatçıları məlumatlandırılmış, habelə müvafiq pul nişanları ilə təmin edilmiş və adaptasiya prosesinə başlanılmışdır.
Beynəlxalq təcrübədə pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin gücləndirilməsi, ən son texnologiya və innovasiyaların tətbiqi və insanların məmnunluğunun təmin edilməsi məqsədilə mərkəzi banklar tərəfindən dövri olaraq pul nişanlarının dizaynında və mühafizə sistemlərində yenilənmələr aparılır.
Azərbaycan Mərkəzi Bankı da beynəlxalq təcrübəni nəzərə alaraq, hökumətin qərarları əsasında pul nişanları sahəsində ən son innovasiyaların, nano və mikro texnologiyaların tətbiqi ilə milli pul nişanlarımızın müasirləşdirilməsini həyata keçirir və bu çərçivədə 2018-2019-cu illərdə 200 manatlıq yeni pul nişanını tədavülə buraxıb, 1, 5,10 və 50 manatlıq pul nişanlarının mühafizə sistemləri və dizaynı mövcud konsepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə yenilənib. Yenilənmiş dizayna və mütərəqqi mühafizə sistemlərinə malik yeni pul nişanları 1 yanvar 2021-ci il tarixindən tədavülə buraxılmışdır. Onlar hazırda tədavüldə olan 1, 5, 10 və 50 manatlıq pul nişanları ilə paralel dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək. Bununla da yenilənmiş pul nişanlarımız özünün bədii estetik görünüşünə və mühafizə səviyyəsinə görə beynəlxalq təcrübədə ən təhlükəsiz banknotlar sinfində qalmaqda davam edəcək.

Eldar Xəlilov-SXA-nin 25 saylı filialının böyük mütəxəssisi

 

Obyektiv yanaşma və dolğun məlumatlar iqtisadiyyat sahəsində əldə olunan nəticələrin adekvat qiymətləndirilməsinə xidmət edir

Azərbaycan dövlətinin 44 günlük müharibəyə və eləcə də xeyli müddət davam edən pandemiyaya qarşı milyardlarla vəsait ayırması bir daha göstərdi ki, ölkə iqtisadiyyatı davamlıdır, möhkəmdir və hər bir çətinliyə tab gətirməyə qadirdir. Bu, ölkədə aparılan siyasətin, dövlət başçısı cənab İlham Əliyevin düşünülmüş düzgün strategiyasının, planlarının bəhrəsidir. Əgər, Azərbaycan iqtisadiyyatı möhkəm olmasaydı biz müharibədə öz sözümüzü deyə bilməzdik. Güclü iqtisadiyyata malik dövlət çətinliklərə tab gətirməyə, qalib gəlməyə qadirdir və müharibənin, eləcə də pandemiyanın çətinlikləri bunu bizə bir daha yaşatdı.
Bu gün Azərbaycan iqtisadiyyatı inkişafa doğru irəliləyir və düzdür, hər iki düşmənin vurduğu, yaratdığı çətinliklər müəyyən qədər iqtisadiyyatımıza təsir etsə də ancaq həyat, reallıq göstərdi ki, sosial məsələlərə, bir çox layihələrin həyata keçirilməsinə önəm verildi və bu sahədə elə bir ağrılar yaşanmadı.
Ötən 17 il ərzində Azərbaycan iqtisadiyyatı kifayət qədər ciddi inkişaf yolu keçib. Həmin illər ərzində Azərbaycan iqtisadiyyatı 3,5 dəfə, qeyri-neft sektoru 2,9 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 1,4 dəfə, əsas kapitala yönəlmiş vəsaitlərin həcmi 2,9 dəfə, dövlət büdcəsinin gəlirləri 20 dəfə, əhalinin nominal gəlirləri 9,9 dəfə, iqtisadiyyatın kreditləşməsi 22,8 dəfə artıb. İşsizlik səviyyəsi 9,2 faizdən 4,8 faizədək, yoxsulluq səviyyəsi 44,7 faizdən 4,8 faizədək azalıb. Ölkə başçısının Azərbaycana rəhbərlik etdiyi 17 ildə 2,7 milyon yeni iş yerləri yaradılıb. Həyata keçirilən islahatlar nəticəsində minimum pensiya 200 manata, minimum əməkhaqqı 250 manatadək artıb. Hazırda nominal orta əməkhaqqı 700 manatdan çoxdur. Rəqəmlər göstərir ki, Azərbaycan iqtisadiyyatı son 17 ildə kifayət qədər çox ciddi inkişaf yolu keçib.
Azərbaycan dövləti bundan sonra da öz iqtisadiyyatını inkişaf etdirmək fikrindədir və bununla əlaqədar mühüm layihələr, proqramlar həyata keçirilməkdədir. Azərbaycan iqtisadiyyatının inkişafı nəinki Azərbaycanın iqtisadçı mütəxəssisləri tərəfindən, eləcə də Dünya Bankı və bir çox beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Bu, Azərbaycanın beynəlxalq aləmdə həm də nüfuzunun artırılması, beynəlxalq əlaqələrin möhkəmləndirilməsi deməkdir. Çünki, bu gün Azərbaycan dünyaya açılan bir qapıdır və nəinki qonşu dövlətlərlə, eləcə də dünya dövlətləri ilə sıx əməkdaşlıq yaratmaq marağındadır və bu onun dövlət mənafelərinə uyğundur. Ona görə ki, mehriban əməkdaşlıq hər bir ölkənin inkişafında stimuldur və qarşılıqlı əməkdaşlıq həm də münasibətlərin tənzimlənməsi dostluq və bərabərhüquqlu yaşamanın təmin edilməsi deməkdir. Azərbaycan dövlətinin rəhbəri bu amillərə daim yüksək qiymət verir. Ona görə də bu gün Azərbaycan Ermənistan istisna olmaqla qonşu dövlətlərlə sıx qardaşlıq, dostluq, əməkdaşlıq şəraitində yaşayır və müharibə dövründə də bu özünü bir daha aydın göstərdi. Qonşu dövlətlərin dəstəyini hiss etdik. Nəinki qonşu dövlətlərin, Azərbaycanın əməkdaşlıq etdiyi bir çox ölkələrin biz bu müharibədə Azərbaycana dəstək verməsini, ölkəmizin mənafeyindən çıxış etməsini aydın gördük.
Əlbəttə ki, bütün bunlar Azərbaycan iqtisadiyyatının inkişafından irəli gəlir. Çünki, bizim iqtisadi göstəricilərimiz möhkəm və mükəmməl olmasaydı biz qonşu dövlətlərlə bu əlaqələri yarada bilməzdik. Inanıram ki, bundan sonra da bu əməkdaşlıq möhkəmlənəcək və cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan çiçəklənən bir diyara çevriləcəkdir.

Könül Rəhimova-Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

 

Azərbaycan son 17 il ərzində tarixi uğurlara imza atıb

Azərbaycan Respublikası 20-ci əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan bu günədək ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş vermişdir. Ümummilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət Azərbaycanın demokratik dövlət quruculuğu yolu ilə irəliləməsinə və iqtisadi inkişafına səbəb olmuşdur. Uğurlu neft strategiyasının həyata keçirilməsi nəticəsində ilbəil artan neft və qaz gəlirlərini qeyri-neft sektoruna yönəltməklə iqtisadiyyatın tarazlı inkişafına nail olmaq Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifələrdən biri olmuşdur. Ölkəmizin hərtərəfli inkişafı sahəsində başlanılmış məqsədyönlü siyasətin davamı olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf etmişdir. Ölkədə qeyri-neft sektorunun inkişafı, regionların sürətli inkişafı istiqamətində tədbirlərin davam etdirilməsi, xüsusən kəndlərin inkişafı ilə bağlı infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması təmin edilmişdir. Hazırda Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz regionunun ümumi iqtisadiyyatının 70 faizini təşkil edir. Obyektiv mövqeli beynəlxalq təşkilatlar da Azərbaycanın inkişaf edən və güclənən bir ölkə olmasını öz hesabatlarında qeyd edirlər və xalqımız da ölkəmizin inkişafını öz gündəlik həyatında hiss edir. Ötən 17 il ərzində ölkəmizdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün də hüquqi baza yaradılmışdır. Ötən ilin sentyabrın 27-də Vətən müharibəsi başlayan gündən bütün dünya bir daha şahidi oldu ki, Azərbaycan həqiqətən də güclü dövlətdir. Düşmən də bu gücü praktik olaraq gördü. Ölkəmizin Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi ordu quruculuğu nəticəsində dünyanın ən güclü 50 ordusundan birinə çevrilən Azərbaycan Ordusu döyüş meydanında öz sözünü dedi və işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi.
Cənab Prezidentimizin rəhbərliyi ilə ölkəmizdə gedən inkişaf prosesləri Zərdab rayonundan da yan keçməmiş, regionların sosial-iqtisadi inkişafına göstərilən diqqət və qayğı sayəsində rayonumuzda sosial-iqtisadi sahədə yüksək nəticələr əldə edilmiş, dövlət başçısının imzaladığı sərəncamlar və Dövlət Proqramları çərçivəsində son illərdə tikinti, abadlıq və quruculuq işləri genişləndirilmişdir.

Veysəl Sadıqov – Şəftəhal kənd sakini, ağsaqqal

 

Ölkəmizdə davamlı iqtisadi inkişafın təmin edilməsi Azərbaycan hökumətinin qarşıya
qoyduğu və çox böyük müvəffəqiyyətlə həyata keçirdiyi mühüm prioritetlərdən biridir

İqtisadiyyatın inkişafında idarəetmə infrastrukturunun təkmilləşdirilməsi, maddi-texniki bazanın müasirləşdirilməsi çox mühüm rola malikdir.
Hakimiyyətin düşünülmüş siyasəti nəticəsində Azərbaycan həm iqtisadi, həm siyasi cəhətdən sabit və təhlükəsiz bir məkana çevrilmişdir. Azərbaycanda formalaşan və artıq beynəlxalq güclər tərəfindən də qəbul edilən davamlı, dayanıqlı iqtisadi inkişaf modelinin əsas gücü ondadır ki, xalq onu bəyənir və dəstəkləyir. Bu modelin reallaşdırılması nəticəsində ölkəmiz güclü dövlətə çevrilmişdir. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan düzgün iqtisadi və siyasi islahatlar nəticəsində Azərbaycan beynəlxalq kürsülərdə öz sözünü deyir, müstəqil siyasət aparır və maraqlarını qoruya bilir. Bu gün Azərbaycan və Türkiyə arasında da müxtəlif sahələr üzrə təsis edilmiş bir sıra birgə mexanizmlər fəaliyyət göstərməkdədir. Azərbaycan-Türkiyə iqtisadi əlaqələri Ulu {ndər Heydər Əliyevin vurğuladığı “bir millət, iki dövlət” devizinə və tarixi-mədəni qardaşlıq prinsipinə əsaslanan, strateji tərəfdaşlığa söykənən münasibətlər sistemini əhatə edir. Türkiyə Respublikası ilə iqtisadi əlaqələrimiz dərin tarixi köklərə dayansa da, bu münasibətlərin geniş vüsət alması müstəqilliyimizin qazanılmasından sonrakı dövrə təsadüf edir. Türkiyə ilə iqtisadi münasibətlər müxtəlif sahələri əhatə edir. İlbəil genişlənən iqtisadi münasibətlər artıq yeni mərhələnin başlamasından xəbər verir. Son dövrlər Azərbaycan və Türkiyə iqtisadiyyatının dinamik inkişaf etməsi özünü bu ölkələr arasında mövcud olan ticarət dövriyyəsinin yüksəlməsində, qarşılıqlı investisiya qoyuluşlarının həcminin artmasında, sahibkarlıq subyektlərinin fəaliyyətinin genişlənməsində və digər sahələrdə açıq şəkildə göstərməkdədir.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

 

 

Ölkəmizin əldə еtdiyi uğurlаr dünyаnın ən qabaqcıl və rеytinqli təşkilаtlаrı və mаliyyə institutlаrının hеsаbаtlаrındа dа öz əksini tаpmışdır

Respublikamızda həyаtа kеçirilən yüksək iqtisаdi siyаsət, mаkrоiqtisаdi və mаliyyə sаbitliyinin qоrunmаsının təmin еdilməsi eləcə də dаyаnıqlı iqtisаdi аrtımın və iqtisаdiyyаtın mоdеrnləşməsinə dəstək vеrən siyаsətin dərinləşdirilməsi, qеyri-nеft sеktоrunun sürətlə inkişаf еtdirilməsi əldə еdilən müsbət nəticələrdir. Ölkəmizin əldə еtdiyi uğurlаr dünyаnın ən qabaqcıl və rеytinqli təşkilаtlаrı və mаliyyə institutlаrının hеsаbаtlаrındа dа öz əksini tаpmışdır. Söyləyə bilərik ki, Respublikamız dünyаdа nеft və qаz ölkəsi kimi tanınır. Bu gün ölkəmizdə istehsal edilən neft-qaz xalqımızın yaşayış tərzinin yaxşılaşmasında, onun ictimai-siyasi həyatında önəmli rol oynayır. Dahi lider Heydər Əliyev iqtisadiyyatın Azərbaycana verdiyi töhfələr haqqında bu sözləri söyləmişdi: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.”
Regionda qlobal enerji layihələrinin təşəbbüskarı və iştirakçısı olan ölkəmiz hazırda bir çox dünya və Avropa ölkələrinin “mavi yanacaq”la təminatında mühüm rol oynamaqdadır. Məlum olduğu kimi, respublikamız dünyanın potensial qaz ixracatçılarından birinə çevrilmişdir. Bütün bunlarla yanaşı ölkəmizin təşəbbüsü və iştirakı ilə TANAP qаz layihəsinin reallaşması olduqca mühüm tarixi hadisə sayıla bilər. TANAP Respublikamızın iqtisadi qüdrətinin və dünyadakı siyasi nüfuzunun artmasında önəmli rola malikdir. Аzərbаycаn Respublikasının Prezidenti İlham Əliyev bu layihənin tarixi rolundan bəhs еdərkən qeyd etmişdir ki,: “TANAP layihəsi bizə imkan verəcəkdir ki, Azərbaycan zəngin qaz resurslarını dünya bazarlarına böyük həcmdə nəql etsin. Hesab edirəm ki, TANAP layihəsi son illər ərzində nəinki ölkəmizdə, regionda, Avropa qitəsində enerji təhlükəsizliyi ilə bağlı olan məsələlər arasında ən böyük addımdır. TANAP layihəsinin təşəbbüskarı da Azərbaycan olmuşdur. Əminəm ki, TANAP layihəsini Azərbaycan öz tərəfdaşları ilə vaxtında icra edəcək və beləliklə, Avropanın enerji xəritəsi böyük dərəcədə dəyişdiriləcəkdir”.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

Müasir Azərbaycan ildən-ilə güclənir, inkişaf edir

Hər bir cəmiyyətdə mütləq çoxluğun mənafeyini ifadə edən, real təminatlara söykənən iqtisadi siyasətin həyata keçirilməsi davamlı tərəqqinin vacib şərtlərindən biri sayılır. İqtisadi inkişaf hədəflərinin düzgün müəyyənləşdirilməsi ölkə ilə bağlı ümumi məqsəd və strategiyanın reallaşdırılmasına imkan yaradır, habelə modernləşmə prosesinin vacib amilinə çevrilir. Bu baxımdan əminliklə söyləmək olar ki, müstəqil Azərbaycanın son illərdə əldə etdiyi böyük makroiqtisadi uğurlar, ilk növbədə, sistemli və ardıcıl şəkildə gerçəkləşdirilən islahatların nəticəsidir. Bu gün hər kəs səmimi etiraf edir ki, davamlı yüksəlişə xidmət edən bu islahatların ilkin əsası Ümummilli Lider, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyev tərəfindən böyük uzaqgörənliklə qoyulmuşdur.
Bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət nəticəsində müasir Azərbaycan ildən-ilə güclənir, inkişaf edir.
Dünyada baş verən qlobal iqtisadi-maliyyə böhranlarına, hal-hazırda davam edən COVİD-19 koronavirus pandemiyasına baxmayaraq, Azərbaycanda əldə olunan uğurlar dünyanın nüfuzlu beynəlxalq təşkilatları tərəfindən qeydə alınmışdır.
Əldə olunmuş uğurlar deməyə əsas verir ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş siyasi və iqtisadi islahatlar və beynəlxalq əməkdaşlıq sahəsində əldə olunan yüksək nəticələr imkan verəcək ki, Azərbaycan uğurlu inkişafını davam etdirəcək və yeni-yeni uğurlara imza atacaq.

Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri

 

Türkiyə ilə Azərbaycan arasında müxtəlif sahələri əhatə edən əlaqələr uğurla inkişaf edir

Azərbaycan-Türkiyə münasibətləri dostluq, qardaşlıq və strateji müttəfiqliyə əsaslanır. İki ölkə arasında müxtəlif sahələri əhatə edən əlaqələr uğurla inkişaf edir.
İki dövləti tarixi, milli, dini və mədəni köklər bir-birinə bağlayır. Bu səbəbdən də münasibətlərimiz dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Tarixi köklərə, qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə münasibətləri bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə uğurla inkişaf edir. Hər iki ölkə beynəlxalq müstəvidə də bir-birini birmənalı olaraq dəstəkləyir. Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində də daim Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib.
Azərbaycan-Türkiyə birliyi bölgədə sülhün və təhlükəsizliyin başlıca faktorlarından biridir. Azərbaycan və Türkiyə bu gün regionda söz sahibi olan dövlətlərdir. Təbii ki, bu bölgədə baş verən proseslərdə bu ölkələrin mövqeyi həlledici əhəmiyyət daşıyır. Nəzərə alsaq ki, dövlətlərimiz qlobal enerji layihələrinin təşkilatçılarıdır, onda iki qardaş ölkənin nəinki regionda, eləcə də dünyada nüfuzu daha da artmaqdadır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev daim çıxışlarında hər iki tərəfə fayda gətirən əlaqələrin bu gün müxtəlif istiqamətləri əhatə etdiyini, o cümlədən də hərbi-texniki və iqtisadi sahədə əməkdaşlığın getdikcə dərinləşdiyini vurğulayıb.

Rafiq Məmmədov – Zərdab şəhər sakini, təqaüdçü

Comment here