Siyasət

Azərbaycan-Ermənistan sərhədində gərginlik… – Rusiya

Rusiya Azərbaycan və Ermənistan sərhədində gərginliyin artmasını narahatlıqla qarşılayır.

Huquqaz.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

“Əlbətdə bu, regional vəziyyətə son dərəcə mənfi təsir göstərir, Azərbaycanla Ermənistan arasındakı dialoqun normallaşmasına kömək etmir və iki ölkənin əhalisi arasında əsassız itkilərə səbəb olur”, – Zaxarova bildirib.

Onun sözlərinə görə, Rusiya Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı danışıqların erkən başlamasına ümid bəsləyir və kömək etməyə hazırdır.

Comment here