CəmiyyətMANŞETÜSTÜ

Azərbaycan dili dərsliyində vulqar ifadələr: “Nadayet eləmə”, “qırıl”… – Şagirdlər evdə belə danışır

Azərbaycan dili dərsliyində vulqar ifadələr: “Nadayet eləmə”, “qırıl”… – Şagirdlər evdə belə danışır

Azərbaycan dili dərsliyində vulqar ifadələr: “Nadayet eləmə”, “qırıl”… – Şagirdlər evdə belə danışır

Azərbaycanda orta məktəb dərslikləri yenidən gündəmə gəlib.
Bu dəfə narazılıq dərsliklərdən birində vulqar ifadələrin işlədilməsinə görə olub. Belə ki, Kazım Əliyev adlı valideyn dərsliklərdə olan dialoqlarla bağlı narazılığını bildirib.
O deyib ki, övladı 8-ci sinifdə təhsil alır və Azərbaycan dili dərsliyində olan dialoq onu narahat edir:
“Mənim övladım kitabda yazılan bu sözləri gündəlik həyatında da istifadə etməyə başlayıb. “Brat”, “nadayet eləmə”, “təkərə salma məni” və başqa ifadələr dilinə düşüb. İrad bildirən də isə kitabı istinad olaraq göstərir. Təhsil Nazirliyi belə şeylərə nəyə görə icazə verir, hələ də anlamıram”.
Dərslikdəki dialoqu təqdim edirik:
Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov açıqlama verib. Bildirib ki, bu dialoq dərsliyə təsadüfən salınmayıb.
“Dərslikdə vulqar ifadələrin işlədilməsində məqsəd şagirdlərin tərbiyəsini pozmaq və yaxud onlara qeyri-etik ifadələr öyrətmək deyil. Bu, ev tapşırığıdır. Məqsəd şagirdlərə belə sözləri başqa ifadələrdən fərqləndirməyi öyrətməkdir. Şagird vulqar ifadələrlə digər sözlərin fərqini bilməlidir”.
azxeber.com

Comment here